Azərbaycanda bərpa olunan enerji üzrə ilk hərrac keçiriləcək
Aprel 26, 2024

Azərbaycanda bərpa olunan enerji üzrə ilk hərrac keçiriləcək


Azərbaycanın Energetika Nazirliyi Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə Qobustanda 100 MVt gücündə günəş elektrik stansiyasının layihələndirilməsi üzrə ölkənin ilk bərpa olunan enerji üzrə hərracının keçirilməsini elan edir.

Layihələrin qəbulu sözügedən nazirliyin internet səhifəsində aparılır. Hərracda iştirak etməkdə maraqlı olan şirkətlərdən 30 aprel tarixindən 14 iyun tarixinədək ixtisas uyğunluğunun müəyyənləşdirilməsi sənədini tələb etmələri xahiş olunur.

Azərbaycan 2024-cü ilin noyabrında Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməyə hazırlaşır. Bu baxıdan, bu ölkə 2030-cu ilə qədər elektrik enerjisi istehsalı gücündə bərpa olunan enerji mənbələrinin payını ən azı 30 faizə çatdırmağı və kommunal miqyaslı bərpa olunan enerjiyə özəl investisiyalar vasitəsilə yaşıl enerji potensialını üzə çıxarmağı öhdəsinə götürüb.

AYİB Azərbaycanın dekarbonizasiya planlarını dəstəkləyir. Sözügedən bank bu ölkədə innovasiya yönümlü ekoloji layihələrin reallaşdırılmasında mühüm rol oynayıb. Buraya Qaradağda kommunal miqyaslı ilk günəş enerjisi elektrik stansiyasına və Abşeron və Xızıda ölkənin ən böyük külək elektrik stansiyaları layihəsinə investisiya qoyuluşu daxildir.

Bu günə qədər AYİB Azərbaycanda icra olunan 189 layihəyə 3,7 milyard avro məbləğində investisiya yatırıb.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,