Qadınlara dəstək: Aİ-nin işgüzar qadınlara dəstəyi diqqət mərkəzində
Mart 8, 2024

Qadınlara dəstək: Aİ-nin işgüzar qadınlara dəstəyi diqqət mərkəzində


Hazırda dünyada çoxsaylı böhranlar səbəbindən artan təzyiqlər fonunda gender bərabərliyi həmişəkindən daha vacibdir. 8 Mart Beynəlxalq Qadınlar Gününün qeyd olunduğu bir vaxtda həyatın bütün sahələrində qadınların və qızların hüquqlarının təmin edilməsi və qadınlar arasında sahibkarlığın təşviqi firavan və ədalətli iqtisadiyyatın təmin edilməsində mühüm əhəmiyyət kəsb edir. 

Birləşmiş Millətlər Təşkilatı bu il Beynəlxalq Qadınlar Gününün “Qadınlara investisiya qoyuluşu: irəliləyişlərin sürətləndirilməsi” mövzusuna həsr olunmasını təklif edib və Avropa İttifaqı qadın sahibkarlar üçün xüsusi olaraq hazırlanmış müxtəlif layihə və təşəbbüsləri maliyyələşdirməklə bütün Şərq Tərəfdaşlığı ölkələrində qadınların iqtisadi səlahiyyətlərinin artırılmasını və qadınlar arasında sahibkarlığı təşviq edir.

“EU NEIGHBOURS east” layihəsi bu il Beynəlxalq Qadınlar Günü ilə əlaqədar olaraq həyata keçirdiyi kampaniya çərçivəsində Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukraynada bizneslə məşğul olan qadınlar üçün mövcud olan bütün imkanları bir sıra izahedici materiallarda toplayıb. Materiallarda Aİ və onun tərəfdaşlarının dəstəyi ilə hər bir ölkədə qadınlar üçün məsləhət və maliyyə yardımı da yer alır. Biznesdə uğur qazanmış beş qadın sahibkarın uğur hekayələrində isə Aİ-nin dəstəyi ilə bizneslərini böyüdən qadınların nailiyyətlərindən söhbət açılır.

İzahedici materiallar

Siz də bacararsınız! Aİ-nin Azərbaycanda qadın sahibkarlığının inkişafına dəstəyi haqqında

Məqalələr

Həvəsdən şəxsi biznesə: tovuzlu Vüsalə Əhmədova qadınların və uşaqların inkişafına necə kömək edir?



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,