EU4 Independent Media Şərq Tərəfdaşlığı ölkələrində araşdırmaçı-jurnalistlistika sahəsində müsabiqə elan edib – hər layihəyə 100 000 avro veriləcək
İyun 2, 2023

EU4 Independent Media Şərq Tərəfdaşlığı ölkələrində araşdırmaçı-jurnalistlistika sahəsində müsabiqə elan edib – hər layihəyə 100 000 avro veriləcək


Aİ tərəfindən maliyyələşdirilən “EU4 Independent Media” (Aİ Müstəqil Media Naminə) layihəsi ictimai maraq kəsb edən mövzuların təsirli və cəlbedici formada işıqlandırılmasına yardım etmək məqsədilə araşdırma jurnalistikasına dəstək proqramının icrasına başlayıb. 

Proqram Avropa İttifaqının dəstəyi ilə icra olunur və Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynanı əhatə edir.

Proqramda aşağıdakı mövzular (bununla məhdudlaşmır) üzrə araşdırmalar dəstəklənəcək:

  • korrupsiya və maliyyə sahəsində cinayətlər, mütəşəkkil cinayətkarlıq; 
  • ictimai təhlükəsizlik, demokratiya və insan hüquqları; 
  • ətraf mühit və iqlim dəyişikliyi, səhiyyə.

Proqramda altı Şərq Tərəfdaşlığı ölkəsində rəsmi qaydada qeydiyyatdan keçmiş kütləvi informasiya vasitələri, o cümlədən mühacirətdə fəaliyyət göstərən media orqanları, jurnalist və mətbuat azadlığı üzrə qeyri-kommersiya təşkilatları, müstəqil məzmun istehsalı şirkətləri və bu təşkilatların adından fəaliyyət göstərən jurnalist/məzmun istehsalı qrupları iştirak edə bilər.   

Hər bir layihə üçün maksimum 100 000 avro ayrılması nəzərdə tutulub. 

Ərizə ilə müraciət üçün son tarix iyul ayının 9-dur.

Maraqlı olan şəxslər onlayn ərizə formasını dolduraraq müraciət etməlidir. Ərizə prosesində yaranan hər hansı sualla bağlı [email protected] ünvanı ilə əlaqə saxlamaq mümkündür.  

Daha çox öyrən

Seçim meyarları

Müraciət forması

İMKANIN NÖVÜ



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,