EU NEIGHBOURS east proqramı 347 yeni Gənc Avropa səfirini salamlayıb
Dekabr 17, 2025

EU NEIGHBOURS east proqramı 347 yeni Gənc Avropa səfirini salamlayıb


“EU NEIGHBOURS east” proqramı 347 yeni Gənc Avropa səfirini (YEAs) salamlayıb. 2025-ci ilin dekabr ayına olan məlumata əsasən, aktiv YEAs-ların sayı 930-a çatıb.

Bu payız təşəbbüsə qoşulmaq üçün proqrama ümumilikdə 1498 gənc müraciət edib. Ən çox müraciət (534 müraciət) Azərbaycanlı gənclərdən daxil olub.

  
Hər ölkə üzrə nəticələr aşağıdakı kimidir:

  • Ermənistan – 41 yeni seçilmiş Gənc Avropa səfiri (ümumilikdə 117 aktiv Gənc Avropa səfiri);
  • Azərbaycan – 70 yeni seçilmiş Gənc Avropa səfiri (ümumilikdə 203 aktiv Gənc Avropa səfiri);
  • Aİ/Böyük Britaniya/Belarus– 73 yeni seçilmiş Gənc Avropa səfiri (ümumilikdə 181 aktiv Gənc Avropa səfiri);
  • Gürcüstan – 64 yeni seçilmiş Gənc Avropa səfiri (ümumilikdə 157 aktiv Gənc Avropa səfiri);
  • Moldova – 33 yeni seçilmiş Gənc Avropa səfiri (ümumilikdə 91 aktiv Gənc Avropa səfiri);
  • Ukrayna – 66 yeni seçilmiş Gənc Avropa səfiri (ümumilikdə 181 aktiv Gənc Avropa səfiri).

Gənc Avropa səfirləri (YEAs) Şərq Tərəfdaşlığı (ŞT) ölkələrindən, Avropa İttifaqı və Böyük Britaniyadan olan gənclərdən ibarət qeyri-siyasi, könüllü kommunikasiya, vətəndaş fəallığı təşəbbüsünü təmsil edən fəal və dinamik gənclər şəbəkəsidir. Təşəbbüs daha yaxşı gələcək üçün ünsiyyət qurmağa, təcrübə mübadiləsi aparmağa və əməkdaşlıq etməyə yönəlib. 

YEAs təşəbbüsü 2016-cı ilin iyun ayında Avropa Komissiyası tərəfindən irəli sürülüb. İlk dəfə 100 Gənc Avropa səfiri seçilib. Ümumilikdə, 2016-cı ildən 2025-ci ilə qədər 3000-dən çox gənc YEAs təşəbbüsündən faydalanıb. 34 ölkəni əhatə edən YEAs şəbəkəsi Aİ-nin dəyərlərini, onun Şərq qonşuları ilə tərəfdaşlığını və əməkdaşlığını təşviq etməyə və bunların daha böyük kütləyə çatdırılmasına yönəlmiş ən böyük beynəlxalq gənclər təşəbbüslərindən biridir.

Bu günə qədər Gənc Avropa səfirləri 190 000-dən çox insanı şəxsən və 10,5 milyondan çox insanı onlayn şəkildə əhatə edən 3000-dən çox ictimai diplomatiya və vətəndaş iştirakçılığı sahəsində tədbirlər təşkil edib.

Daha çox öyrənin

YEAs təşəbbüsünün səhifəsi



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,