
Dekabrın 11-də Brüsseldə Avropa İttifaqına daxil ölkələrin xarici işlər nazirləri ilə Şərq Tərəfdaşlığına (ŞT) daxil altı ölkədən beşinin (Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) xarici işlər nazirlərinin görüşü keçirilib. İclasa Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel sədrlik edib. Aİ-nin Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə komissarı Oliver Varhelyi də tədbirdə iştirak edib.
İclasda Şərq Tərəfdaşlığı ilə bağlı fikir mübadiləsi aparılıb, proqramın nailiyyətləri təhlil edilib və siyasətin gələcəyinə dair konkret tövsiyələr müəyyənləşdirilib.
Nazirlər ittifaqa üzv dövlətləri və tərəfdaş ölkələrin ehtiyaclarını qarşılamaq məqsədilə Şərq Tərəfdaşlığının gələcəkdə hansı formada həyata keçirilməsi, 2024-cü ildə birgə əməkdaşlığın əsas prioritetlərini, Şərq Tərəfdaşlığının İqtisadi və İnvestisiya Planının icrasının sürətləndirilməsi və Mərkəzi Asiya və Qərbi Balkanlar kimi regionlarla əməkdaşlığın genişləndirilməsi, həmçinin Qara Dəniz Sinerjisi kimi digər regional siyasətlərlə sinerjilərin yaradılması imkanlarını müzakirə ediblər.
Onlar həmçinin bağlantı, nəqliyyat, energetika, yaşıl və rəqəmsal iqtisadiyyata keçid, o cümlədən insan hüquqları, vətəndaş cəmiyyəti, qanunun aliliyi və təhlükəsizlik məsələləri daxil olmaqla müxtəlif əməkdaşlıq sahələrini müzakirə ediblər.
Nazirlər 2024-cü ilədək xüsusilə regional rouminq, yol təhlükəsizliyi və nəqliyyat sahələrində konkret nəticələrin əldə olunması məsələsinə müsbət yanaşıblar.
“Aİ, üzv dövlətlər və tərəfdaşlar bərpa, dayanıqlıq və islahatlar üçün Şərq Tərəfdaşlığı proqramını həyata keçirmək və Rusiyanın Ukraynaya qarşı təcavüzünün bütün region üçün davam edən nəticələrini aradan qaldırmaq üçün səylərini gücləndirirlər”, – Aİ Şurasının mətbuat üçün açıqlamasında deyilir.
Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun iştirakçıları həmçinin nazirlərə müraciət ilə çıxış ediblər.
Daha çox öyrən





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.

Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,
We use cookies and similar technologies to improve your experience on our website.