Aprelin 16-da Brüsseldə Avropa İttifaqı və Azərbaycan arasında danışıqlar aparılıb.
Görüşə Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) Şərqi Avropa və Mərkəzi Asiya üzrə icraçı direktorunun müavini Audrone Perkauskiene və Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev həmsədrlik ediblər.
Aİ-nin Azərbaycandakı nümayəndəliyinin Facebook səhifəsində verilən məlumata görə, görüşdə “səmərəli və gələcəyə yönəlmiş müzakirələr” aparılıb.
“İkitərəfli saziş və tərəfdaşlıq prioritetləri üzrə əhəmiyyətli irəliləyiş əldə olunub”.
Tərəflər iyun ayında Bakıda yenidən bir araya gəlmək barədə qərar qəbul ediblər.
Daha çox öyrənin





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,