“Blue Book” təcrübə proqramına qoşulmaqla Avropa Komissiyasında təcrübə keçmək imkanı qazanın!
Fevral 14, 2024

“Blue Book” təcrübə proqramına qoşulmaqla Avropa Komissiyasında təcrübə keçmək imkanı qazanın!


Avropa Komissiyası fevralın 19-da saat 10:00-da (Mərkəzi Avropa vaxtı ilə) iki təcrübə proqramından biri üçün ərizələrin qəbuluna başlayacaq. 

2024-cü ilin oktyabr ayında başlayacaq sessiya beş ay davam edəcək və ərizə ilə müraciət edən şəxslərə Brüssel, Lüksemburq və 27 Aİ-yə üzv dövlətindəki milli ofisləri daxil olmaqla, Avropa Komissiyasının bir çox departament, xidmət və agentliklərində mövcud təxminən 1 000-ə yaxın vəzifəyə müraciət etmək imkanı verəcək.

Bütün Aİ ölkələrinin vətəndaşları seçim kriteriyalarına uyğundur və məhdud sayda vəzifələr Şərq Tərəfdaşlığı ölkələrindən olan şəxslər daxil olmaqla, Aİ-yə üzv olmayan ölkələrin vətəndaşları üçün nəzərdə tutulub.

Təcrübə proqramı iki forması var: Tərcümə üzrə Baş Direktoratına (DGT) daxil olan inzibati və tərcüməçi üzrə təcrübə proqramları. Avropa Komissiyasının Birgə Tədqiqat Mərkəzində tədqiqat üzrə təcrübə proqramları da mövcuddur.

Potensial namizədlər bakalavr dərəcəsi və ya ona bərabər dərəcəyə malik olmalı, Aİ təsisatlarında altı həftədən çox olmayan hər hansı iş təcrübəsinə malik olmamalı və ən azı iki Aİ ölkəsinin dilində sərbəst danışmalı və onlardan biri ingilis, fransız və ya alman dili olmalıdır. 

Təcrübə proqramı iştirakçılarında Avropaya dair məsələlər ilə bağlı geniş dünya görüşünə malik olmaq, Avropa Komissiyasının fəaliyyətinə maraq göstərmək, fəal yanaşma və multikultural mühitdə işləmək istəyinin olması arzuolunandır.

Seçilmiş şəxslər yaşayış xərclərini ödəmək üçün 1 376 avro qrant alacaqlar, lakin öz təşəbbüsləri ilə yaşayış yerlərini təşkil etmələri tələb olunacaq.

Təcrübə proqramı iştirakçısının gündəlik işi görüşlərdə, iş qruplarında və ictimai dinləmələrdə iştirak etmək və onları təşkil etmək, sənədləri araşdırmaq, vətəndaşların sorğularına cavab vermək və layihənin idarə edilməsini dəstəkləmək daxil olmaqla, müxtəlif tapşırıqlar toplusundan ibarətdir.

Müraciət prosesi Avropa Komissiyasının Autentifikasiya Xidməti (Aİ logini) vasitəsilə həyata keçiriləcək və müraciət edən şəxslər burada qeydiyyatdan keçməlidirlər.

Daha çox öyrən

Blue Book təcrübə proqramı



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,