Bakıda yerli qida həftəsi keçirilir
Noyabr 25, 2022

Bakıda yerli qida həftəsi keçirilir


Avropa İttifaqının (Aİ) dəstəyi ilə Azərbaycanda icra olunan layihə çərçivəsində Bakıda “Yurdumun ləzzəti” adlı yerli qida həftəsi keçirilir. 

Qida həftəsində layihədən yararlanan kiçik fermer təsərrüfatlarının, sahibkarlıq müəssisələrinin istehsal etdikləri məhsullar təqdim olunub, həmçinin Azərbaycanın şimal-qərb bölgəsinə məxsus yerli təamların təqdimatı və dequstasiyası, xörəklərin hazırlanması üzrə ustad dərsi keçirilib.

Qeyd edək ki, Avropa İttifaqının “Azərbaycanın şimal-qərb bölgəsində dayanıqlı və inklüziv yerli aqro-ərzaq sistemlərinin inkişafi” layihəsi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən icra olunur.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,