Azərbaycanlı Gənc Avropa səfirləri sahibkarlıqla məşğul olan gənc qadınların səlahiyyətləndirilməsinə çalışırlar
Mart 29, 2024

Azərbaycanlı Gənc Avropa səfirləri sahibkarlıqla məşğul olan gənc qadınların səlahiyyətləndirilməsinə çalışırlar


Azərbaycanlı Gənc Avropa səfirləri (YEAs-lar) 25-26 mart tarixlərində gender bərabərliyinin təşviqi və daha inklüziv biznes mühitinin dəstəklənməsi məqsədilə bir sıra tədbirlər təşkil ediblər. Bu tədbirlər qadınların biznes sektorunda imkanlarını genişləndirməyə yönəlib.

Martın 25-də Gəncə şəhərində təşkil olunan “LadyBees” adlı tədbir sahibkarlıqla məşğul olan qadınların inkişafına mane olan ümumi stereotiplərlə mübarizəyə həsr olunub. Martın 26-da Sumqayıtda keçirilən “EntreSHEpreneur” seminarında isə qadın sahibkarların uğur hekayələri diqqət mərkəzində olub. Bundan əlavə, tədbirdə qadın sahibkarlara praktiki biznes strategiyaları təqdim olunub.

Hər iki tədbirin uğurundan sonra Azərbaycandakı YEAs-lar mart ayının sonunda üçüncü tədbiri təşkil etməyə hazırlaşırlar.

30 mart 2024-cü il tarixində EuroClub Baku işə qəbul prosesində qadınların üzləşdiyi maneələrin aradan qaldırılmasına həsr olunacaq “RecruitHER” tədbirinə ev sahibliyi edəcək. Tədbirin məqsədi işə qəbul təcrübələri ilə bağlı hüquqi məsələləri tədqiq etmək, o cümlədən təcrübəli ekspertin rəhbərlik etdiyi sessiya vasitəsilə praktik həllər və rəylər təqdim etməkdir. 

Tədbir iştirakçılara açıq müzakirələr vasitəsilə genderlə bağlı problemləri aradan qaldırmaq üçün təcrübə və strategiyaları paylaşmağa imkan verəcək.

Qadınlara lazımi vasitələr, bilik və dəstək təmin etməklə Azərbaycandakı YEAs təşəbbüsü daha ədalətli və firavan cəmiyyətin təşviqinə töhfə vermək məqsədi daşıyır.

Gənc Avropa səfirləri (YEAs) təşəbbüsü dialoqu təşviq etmək və Aİ ilə əməkdaşlıq haqqında məlumatlılığı artırmaq üçün altı Şərq Tərəfdaşlığı ölkəsi, Avropa İttifaqı və Böyük Britaniyadan olan fəal gəncləri birləşdirən şəbəkədir.



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,