Aİ-nin 2023-cü ildəki fəaliyyətinə dair hesabat açıqlanıb – Ukrayna diqqət mərkəzində olub
Mart 19, 2024

Aİ-nin 2023-cü ildəki fəaliyyətinə dair hesabat açıqlanıb – Ukrayna diqqət mərkəzində olub


Avropa İttifaqı (Aİ) ittifaqın 2023-cü ildəki fəaliyyətinin yekunlarına dair hesabatını açıqlayıb. “Aİ 2023-cü ildə” adlı hesabat Aİ-dəki əsas siyasi hadisələrə və onların Aİ və xaricdəki vətəndaşlara hansı faydalar verdiyinə həsr olunub.

Hesabatın birinci fəsli Rusiyanın Ukraynaya təcavüzündən sonra Aİ-nin bu ölkəyə dəstəyinə həsr olunub.

 Avropa Komissiyasının sədri Ursula von der Leyen hesabatın ön sözündə bildirib ki, “ardıcıl ikinci ildir ki, Avropa birlik və güc ilə hər addımda qətiyyətlə Ukraynanı dəstəkləyir”. “Biz 4 milyondan çox ukraynalı qaçqının Avropa İttifaqında yerləşməsinə şərait yaratdıq və bu günədək 88 milyard avrodan artıq həlledici rola malik maliyyə, humanitar və hərbi yardım təşkil etdik. Biz göstərdik ki, lazım olduğu müddətə qədər Ukraynanın yanında olacağıq”. 

O, həmçinin əlavə edib ki, Ukrayna üçün həyata keçirilən yeni proqram vasitəsilə Aİ növbəti dörd il ərzində “məktəblərin açıq qalması, maaşların və təqaüdlərin ödənilməsi kimi əsas xidmətlərin təmin edilməsinə kömək etmək üçün Ukrayna xalqı işğalçılara müqavimət göstərməkdə davam etdiyi dövrdə” əlavə 50 milyard avro maliyyə yardımı təmin edəcək.

Hesabatda Gürcüstan, Moldova və Ukraynanın 2023-cü ildə Aİ-yə üzv olmaq istiqamətində fəaliyyətlərini nümayiş etdirən “tarixi genişlənmə paketi”nə də yer verilib.

“Onların qoşulma yolu ədliyyə sistemində məqsədyönlü islahatlardan, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədən və deoliqarxizasiya və insan hüquqlarına diqqət yetirməklə siyasi mənzərəni yaxşılaşdırmaq üçün davamlı səylərdən keçəcək”.

Şərq Tərəfdaşlığına gəlincə, hesabatda qeyd olunur ki, 17 milyard avro dəyərində Şərq Tərəfdaşlığı İqtisadi və İnvestisiya Planı Aİ-nin regionda dayanıqlığın artırılması üçün əsas aləti olaraq qalır. 2023-cü ilin sonuna qədər gözlənilən maliyyə vəsaitinin 8,6 milyard avro hissəsi səfərbər edilib və bunun 5 milyard avro hissəsi hər bir ölkə üçün xüsusi layihələrə ayrılacaq.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,