Azərbaycandakı Gənc Avropa səfirləri gender əsaslı zorakılıq mövzusunda debatda iştirak ediblər
09 Dekabr 2025

Azərbaycandakı Gənc Avropa səfirləri gender əsaslı zorakılıq mövzusunda debatda iştirak ediblər


30 noyabr 2025-ci il tarixində Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi tərəfindən Kolin Huverin “Hər şey bizimlə bitəcək” adlı kitabından ilhamlanaraq gender əsaslı zorakılıq mövzusunda debat təşkil edilib. 

Tədbirin məqsədi kitabdakı mövzular əsasında ictimai müzakirə aparmaq olub. 

Adı çəkilən kitab 2016-cı ildə nəşr olunub. O, Kolin Huverin anası və atası arasındakı münasibətlərə, məişət zorakılığı mövzularına və emosional istismara həsr olunub.

İctimai tədbirdə Gənc Avropa səfirləri (YEAs) daxil olmaqla çoxlu sayda gənc iştirak edib.

Tədbirin açılışında Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyundziç çıxış edərək bildirib: “Gender əsaslı zorakılıq qadın və qızların cəmiyyətdə tam iştirakına mane olan ciddi hüquq pozuntusudur – buna son qoymaq bizim ortaq borcumuzdur”. 

Nigar Köçərli və Şahbaz Xuduoğlunun moderatorluq etdiyi müzakirə interaktiv sual-cavab sessiyası ilə yekunlaşıb.

Gənc Avropa səfirləri (YEAs) təşəbbüsü dialoqu təşviq etmək və Aİ ilə əməkdaşlıq haqqında məlumatlılığı artırmaq üçün altı Şərq Tərəfdaşlığı ölkəsi, Avropa İttifaqı və Böyük Britaniyadan olan fəal gəncləri birləşdirən şəbəkədir.

Daha çox öyrən

Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin Facebook postu



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,