Azərbaycanda Gənc Avropa səfirləri təşəbbüsünün 10 illiyi qeyd edilib
YEAs
Noyabr 19, 2025

Azərbaycanda Gənc Avropa səfirləri təşəbbüsünün 10 illiyi qeyd edilib


Noyabrın 14-də Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi Aİ tərəfindən maliyyələşdirilən “Gənc Avropa səfirləri” (YEAs) təşəbbüsünün 10 illiyini qeyd etmək üçün Bakıda tədbir keçirib.

“Aİ və gənclər: dayanıqlı gələcək naminə” adlı tədbirdə fəal Gənc Avropa səfirləri, YEAs təşəbbüsünün məzunları və Aİ-yə üzv dövlətlərin səfirləri gələcək əməkdaşlığı müzakirə etmək üçün bir araya gəliblər. 

Tədbir Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin maarifləndirmə kampaniyası çərçivəsində keçirilib.

Tədbirdə çıxış edən Aİ-nin Azərbaycandakı səfiri Mariyana Kuyundziç günümüzdə diplomatiyanın formalaşmasında gənclərin iştirakının əhəmiyyətini vurğulayıb.

“Gənclərin diplomatiyada iştirakı cəmiyyətlərimizi və əlaqələrimizi daha da gücləndirir. Aİ dayanıqlı gələcəyin qurulmasında kömək etməyə hazırdır”, – deyə Mariyana Kuyundziç bildirib.

Mariyana Kuyundziç və Gənc Avropa səfirləri gənclərin rəhbərliyi ilə təşkil olunan panel müzakirələrə qoşularaq qadın liderliyi, gənclərin diplomatiyada faydalı iştirakı və icmalar arasında əlaqələrin dərinləşdirilməsində rəqəmsal ictimai diplomatiyanın artan rolu barədə fikir mübadiləsi aparıblar.

Hazırda Azərbaycanda 120-dən çox aktiv Gənc Avropa səfiri var. Onlar son 10 il ərzində ölkə daxilində 450-dən çox tədbir təşkil ediblər. Bunlar arasında davamlı inkişafı dəstəkləyən maarifləndirici seminarlar və kampaniyalar, incəsənət sahəsində müsabiqələr və gənclər arasında dialoqlar olub. Bu təşəbbüs regionda 30-dan çox ölkədən 2500-dən artıq gənci bir araya gətirərək əməkdaşlığı gücləndirib və ortaq dəyərləri təşviq edib.
Gənc Avropa səfirləri (YEAs) təşəbbüsü dialoqu təşviq etmək və Aİ ilə əməkdaşlıq haqqında məlumatlılığı artırmaq üçün altı Şərq Tərəfdaşlığı ölkəsi, Avropa İttifaqı və Böyük Britaniyadan olan fəal gəncləri birləşdirən şəbəkədir.



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,