Azərbaycan və Ukrayna müəlliflərinin kitabları AYİB-in Ədəbiyyat üzrə Mükafatının finalçılar siyahısına daxil edilib
EBRD
Aprel 3, 2026

Azərbaycan və Ukrayna müəlliflərinin kitabları AYİB-in Ədəbiyyat üzrə Mükafatının finalçılar siyahısına daxil edilib


Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2026-cı il Ədəbiyyat üzrə Mükafatın finalçılar siyahısını elan edib. Siyahıya Bankın fəaliyyət göstərdiyi doqquz ölkədən ingilis dilinə tərcümə edilmiş 10 bədii əsər daxil edilib. Siyahıda Azərbaycanlı yazıçının trilogiyası və Ukraynalı yazıçının romanı da yer alıb.

Azərbaycanlı yazıçı Əkrəm Əylislinin müəllifi olduğu “Adamlar və ağaclar” trilogiyası əslən Azərbaycan dilində qələmə alınıb, Ketrin E. Yanq tərəfindən rus dilindən ingilis dilinə tərcümə edilib və “Plamen Press” nəşriyyatında çap olunub.

Ukraynalı yazıçı Artyom Çexin müəllifi olduğu“Daş, kağız, qumbara” romanı isə Olena Cenninqs və Oksana Rozenblum tərəfindən tərcümə edilərək Britaniyanın “Seven Stories Press” nəşriyyatında çap edilib.

Müsabiqənin üç finalçısının adı aprel ayının sonunda açıqlanacaq. Qalib müəllif və tərcüməçi iyulun 2-də AYİB-in Londondakı baş qərargahında keçiriləcək rəsmi mükafatlandırma mərasimində elan ediləcək. Tədbirdə münsiflər heyəti ilə yanaşı, finala yüksələn müəlliflər, tərcüməçilər və naşirlər də iştirak edəcəklər.

20 000 avro dəyərində pul mükafatı qalib müəlliflə tərcüməçi arasında bərabər şəkildə bölüşdürüləcək. Digər iki finalçı əsərin hər birinin müəllif və tərcüməçisinə isə 2000 avro məbləğində mükafat təqdim olunacaq.

2018-ci ildə təsis edilmiş AYİB-in Ədəbiyyat üzrə Mükafatı hər il Bankın investisiya qoyduğu ölkələrin dillərində yazılmış, son bir il ərzində ingilis dilinə tərcümə edilərək Avropa, Şimali Amerika və ya Bankın fəaliyyət coğrafiyasına daxil olan ölkələrin nəşriyyatlarında çap olunmuş bədii əsərlərə verilir.

Daha çox öyrənin

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,