Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi 34 il bundan əvvəl baş verən Xocalı faciəsinin qurbanlarını yad edib.
Bu faciə 1992-ci il fevralın 26-da baş verib. Həmin gün Ermənistan silahlı qüvvələri və Müstəqil Dövlətlər Birliyinin Birləşmiş Silahlı Qüvvələrinin motoatıcı alayının 366-cı qvardiya motoatıcı alayı tərəfindən Xocalı şəhərində mülki azərbaycanlı vətəndaşlar kütləvi şəkildə öldürülüb. Bu hadisə Qarabağ müharibəsi dövründə baş verən ən böyük qətliam hesab olunur.
“Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi Xocalı faciəsi zamanı həyatını itirmiş günahsız insanların – qadınların, kişilərin, uşaqların və yaşlıların xatirəsini dərin ehtiramla yad edir. Yaxınlarını və evlərini itirmiş bütün ailələrə səmimi başsağlığı bildirir və belə faciələrin bir daha təkrarlanmaması üçün barışıq və davamlı sülh istiqamətində səylərin vacibliyini vurğulayır”, – Nümayəndəliyin Facebook səhifəsində bildirilib.
Daha çox öyrənin





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,