Azərbaycan: Aİ tərəfindən maliyyələşdirilən layihənin yekun nəticələri təqdim olunub

Azərbaycan: Aİ tərəfindən maliyyələşdirilən layihənin yekun nəticələri təqdim olunub

İyun 27, 2022

2020-ci ildən etibarən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birgə Azərbaycanda həyata keçirilən Avropa İttifaqının (Aİ) “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” layihəsinin yekunlarına həsr olunmuş tədbir keçirilib. Layihə gələcəkdə baş verə biləcək pandemiyalara qarşı dayanıqlı tədbirlərin görülməsi potensialının formalaşdırılmasına kömək məqsədi daşıyır. 

Layihə çərçivəsində 521 tibb avadanlığı, 6 süni tənəffüs aparatı və BiPAP tənəffüs cihazı, 81 xəstəyə nəzarət monitoru, 141 oksigen konsentratoru və 229 oksimetr cihazı ölkədəki səhiyyə ocaqlarına verilib. 

Eyni zamanda, COVID-19 ilə ön cəbhədə mübarizə aparanların sağlamlığını qorumaq üçün 1 milyondan artıq fərdi mühafizə vasitəsi və 17 600 əl gigiyenası ləvazimatı ölkənin tibb müəssisələrinə təqdim edilib. COVID-19 ilə mübarizə potensialının gücləndirilməsi üçün müxtəlif təlimlər təşkil edilib. “OpenWHO” onlayn təlim platformasında azərbaycanlı tibb işçiləri tərəfindən qeydiyyatdan keçilən kursların sayı 10 dəfə artaraq 18 000-ə çatıb. 

Daha çox öyrən

Mətbuat üçün açıqlama




Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.

Bu məlumat Məsuliyyətdən imtinaŞəxsi məlumatların qorunmasına dair qaydalara tabedir.
© Avropa İttifaqı,