OpenWHO Azərbaycanda: Aİ tərəfindən maliyyələşdirilən onlayn təlim kurslarına minlərlə tibb işçisi qatılıb  
İyun 16, 2022

OpenWHO Azərbaycanda: Aİ tərəfindən maliyyələşdirilən onlayn təlim kurslarına minlərlə tibb işçisi qatılıb  


Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin bildirdiyinə görə, son altı ay ərzində ÜST-ün onlayn təlimlərində iştirak edən Azərbaycanlı tibb işçilərinin sayı 18 000-ə çatıb. 

Avropa İttifaqı (Aİ) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü və COVID-19 virusuna qarşı peyvəndləmə işlərinə dəstək layihələri çərçivəsində birgə yaradılan OpenWHO onlayn təlim platformasının Azərbaycan üzrə səhifəsində Azərbaycan, türk və rus dillərində 150-dən artıq pulsuz kurs mövcuddur. “OpenWHO” platformasında təqdim edilən onlayn kurslara qoşulmuş Ucar Rayon Mərkəzi Xəstəxanası, Yevlax Rayon Mərkəzi Xəstəxanası, Respublika Klinik Xəstəxanası, eləcə də Bakıda fəaliyyət göstərən iki uşaq poliklinikasının tibb işçiləri ən çox sayda kurs tamamlayıblar.

Tibb işçiləri arasında 81 kurs tamamlamış 20 saylı uşaq poliklinikasının həkimi Ziyafət Quliyeva hər zaman beynəlxalq tibbi araşdırmaları və bu sahədəki yenilikləri izlədiyi üçün “OpenWHO” kurslarına böyük maraq göstərib. “Xəstəliklərin qarşısının alınması, diaqnoz və müalicə üsullarının təkcə yazılı materiallar vasitəsilə deyil, həm də əyani vəsaitlər və videolarla öyrədilməsi çox yaxşıdır. Müasir diaqnostika texnologiyası ilə yanaşı, dərman preparatlarının qəbuluna dair yeni metodologiya ilə tanış oldum”.   

Daha çox öyrən

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,