
Avropa İttifaqı (Aİ) Azərbaycanı bütün jurnalistlərin fəaliyyəti üçün təhlükəsiz şəraitin yaradılması üçün dərhal tədbirlər görməyə çağırıb. İttifaq Abzaz Media-nın jurnalistləri və əməkdaşları ilə bağlı çıxarılan ağır həbs cəzalarını bu sahədə hadisələrin narahatedici inkişafı kimi qiymətləndirir.
“Müstəqil jurnalistika şəffaflığın, hökumətin hesabatlılığının və ictimaiyyətdə məlumatlı fikir mübadiləsinin təmin edilməsində mühüm rol oynayır”, – Aİ-nin iyunun 23-də açıqlanan bəyanatında deyilir.
Bəyanatda Aİ-nin insan hüquqları sahəsində Azərbaycan ilə dialoq və əməkdaşlığa davam etməyə sadiq olduğu vurğulanaraq qeyd olunur ki, “Avropa İttifaqı Azərbaycanı insan hüquqları və əsas azadlıqlara riayət etməyə, beynəlxalq öhdəliklərini yerinə yetirməyə və bütün jurnalistlər və media işçiləri üçün təhlükəsiz və əlverişli mühitin təmin edilməsi üçün dərhal addımlar atmağa çağırır”.
Daha çox öyrən





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,