Dekabrın 4-də Avropa Təlim Fondu (ETF) #MySkills4You heşteqli sosial media kampaniyasına başlayıb. Kampaniya Cənub və Şərqi Qonşuluq ölkələrində, eləcə də Qərbi Balkanlarda gənclərin səsini ucaltmaq və Avropa Bacarıqlar İlində gənclərə dair müzakirələrə töhfə vermək məqsədi daşıyır.
Təşəbbüs çərçivəsində gənclərin öz ölkələrində tənqidi bacarıqlarının inkişafı ilə bağlı fikirlərini işıqlandıran dinamik videoçarxlar hazırlanacaq. Bundan əlavə, ETF 16-28 yaş arası şəxslərin bacarıqlarının inkişafını dəstəkləmək üçün yaşadıqları ölkələrdə bu sahədə hansı tədbirlərin görüldüyünü öyrənmək üçün onlarla birgə işləyəcək.
2024-cü ilin aprel ayına qədər davam edəcək kampaniyada müvafiq regionda çoxlu sayda müxtəlif bacarıq və istedadların inkişafını əks etdirən hərtərəfli fəaliyyət daxildir.
Şərq Tərəfdaşlığı regionundan olan iştirakçılar arasında Azərbaycanda ictimai nitq və STEM üzrə mütəxəssis olan Nərgiz Əliyeva da var.
Avropa Bacarıqlar İli rəqəmsal və yaşıl texnologiyalar üzrə bacarıqları diqqət mərkəzində saxlamaqla Avropa İttifaqındakı bacarıqlar sahəsindəki boşluğu aradan qaldırmaq və Aİ-nin bacarıqlara dair strategiyasını gücləndirmək məqsədi daşıyır. Avropa Bacarıqlar İlində Avropada bacarıqlarla bağlı tədbir və fəaliyyətlərin dəstəklənməsi, təlimlərin keçirilməsinə sərmayə qoyuluşunun təşviqi, o cümlədən bacarıqların işəgötürənlərin ehtiyaclarına uyğunluğunun təmin edilməsi və Aİ hüdudlarından kənarda tələb olunan bacarıqlara malik insanların cəlb edilməsi nəzərdə tutulub.
Avropa Təlim Fondu (ETF) Avropa İttifaqının qonşu ölkələrdə təhsil, təlim və əmək bazarı sistemlərində islahatların aparılmasında dəstək verən bir qurumudur.
Daha çox öyrən





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,