Avropa Rəqəmsal Media Rəsədxanası Media savadlılığı sahəsində bələdçi hazırlayıb
Oktyabr 25, 2024

Avropa Rəqəmsal Media Rəsədxanası Media savadlılığı sahəsində bələdçi hazırlayıb


Avropa Rəqəmsal Media Rəsədxanası (EDMO) səmərəli media savadlılığı üzrə təşəbbüslər üçün bələdçi dərc edib.

Bu bələdçi EDMO-nun Media savadlılığına dair standartlar və qabaqcıl təcrübələr üzrə işçi qrupu tərəfindən hazırlanıb. Bu işdə EDMO-nun 14 yerli və transmilli mərkəzləri, eləcə də 50-dən artıq ölkədən 100 ekspert iştirak edib. 

Bələdçi Avropada media savadlılığı sahəsində təşəbbüslərin səmərəli olmasına kömək etmək məqsədi daşıyır. Daha yaxşı media savadlılığı ictimaiyyətin onlayn dezinformasiyaya və yanlış təsəvvürlərə qarşı dayanıqlığını artırdığı üçün bələdçi EDMO-nun daha geniş missiyası üçün olduqca mühüm əhəmiyyət kəsb edir. 

Bələdçi media savadlılığı sahəsində təşəbbüslərin işlənib hazırlanmasında iştirak edən hər kəs, yəni vətəndaş cəmiyyətinin nümayəndələri, təhsil işçiləri, normayaradanlar, media və ya texnologiya sektorlarında çalışan şəxslərin istifadəsi üçün nəzərdə tutulub. 

“Media savadlılığı kimi mürəkkəb və müxtəlif bir sahədə hamıya uyğun bir yanaşma ola bilməz”, – Avropa Komissiyasının mətbuat üçün açıqlamasında deyilir. “Media savadlılığı üzrə təşəbbüslər – təlim kursları, dərc olunmuş dərs planları və ya digər resurslar, onlayn oyunlar və ya kampaniyaların əhatə dairəsi, ölçüsü, müddəti və məqsədləri fərqlidir. Bu səbəbdən də, bu bələdçinin bütün layihələr üçün uyğun olması gözlənilmir. Təşəbbüsü üçün ən uyğun məsləhəti seçmək birbaşa istifadəçidən asılıdır”. 

Təlimatlar artıq 60-dan çox təşkilat, o cümlədən təhsil ocaqları, tənzimləyici orqanlar, faktların yoxlanılması və media savadlılığı sahəsində fəaliyyət göstərən təşkilatlar və digər vətəndaş cəmiyyəti təşkilatları tərəfindən qəbul olunub.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

Bələdçini endir



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,