İyulun 30-da Avropa Komissiyası Aİ-nin yeni giriş-çıxış sisteminin oktyabr ayının 12-dən mərhələli şəkildə tətbiq olunmasına qərar verib.
Bu qabaqcıl texnoloji sistem Aİ-yə üzv olmayan ölkələrin vətəndaşlarının 29 Avropa ölkəsinə, o cümlədən Şengen zonasına qısamüddətli səfərləri zamanı onların giriş-çıxışını rəqəmsal şəkildə qeydə alacaq. Sistem vasitəsilə biometrik məlumatlar, yəni barmaq izləri və üz təsvirləri və digər səyahət məlumatları toplanacaq və tədricən hal-hazırda tətbiq olunan pasportların möhürlənməsi sistemini əvəz edəcək.
Bu sistem Aİ-nin xarici sərhədlərində giriş-çıxışın müasirləşdirilməsinə və təkmilləşdirilməsinə imkan verəcək. O, sərhəd buraxılışı haqqında etibarlı məlumatlar təmin etməklə yanaşı, müddətdən artıq qalma və sənədlərin saxtalaşdırılması hallarını sistemli şəkildə müəyyən edəcək.
Məlumatların və məxfiliyin mühafizəsi üzrə yüksək standartlara cavab verən bu sistem səyahət edən şəxslərin fərdi məlumatlarının etibarlı şəkildə qorunmasını təmin edəcək.
İttifaqa üzv dövlətlər sözügedən sistemi 12 oktyabr tarixindən başlayaraq altı ay ərzində tədricən tətbiq etməyə başlayacaq. Bu müddət başa çatdıqdan sonra sistemin bütün sərhəd buraxılışı mıntəqələrində tam şəkildə tətbiq olunması planlaşdırılır.
Daha çox öyrən





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,