Aİ və BMTİP peşə təhsili müəssisələrinə qəbul üçün yeni kampaniyaya start verib
Avqust 16, 2022

Aİ və BMTİP peşə təhsili müəssisələrinə qəbul üçün yeni kampaniyaya start verib


Avropa İttifaqı (Aİ), BMT-nin İnkişaf Proqramı (BMTİP) və Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən Azərbaycanda peşə təhsilinin təşviqi məqsədilə yeni tanıtım kampaniyasına başlanılıb. #SənDəPeşəyəGəl (#JoinVET) çağırışı ilə təşkil edilən bu kampaniyanın peşə təhsil müəssisələrinə tələbə qəbulu müddətində davam etməsi planlaşdırılır.

Kampaniya çərçivəsində Gəncə şəhərində müxtəlif peşə istiqamətlərini əhatə edən posterlər yerləşdirilib. Bakıda isə innovativ yanaşma olaraq rəqəmsal kürək çantalarından istifadə edilib. Paytaxtda aparılan səyyar təşviqat fəaliyyəti ilə peşə təhsili haqda məlumatlar eyni anda, şəhərin müxtəlif məkanlarında çoxsaylı insana çatdırıla bilir.

Peşə təhsili almaq istəyən şəxslər “portal.edu.az” platformasında qeydiyyatdan keçməklə “Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu” xidməti vasitəsilə müraciət göndərməlidirlər. 2022/2023-cü tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsil müəssisəsində 127 ixtisas olmaqla 23 340 yer üzrə aparılacaq. Həmçinin, dual təhsil proqramına müraciət edərək təhsil müddəti ərzində tələbələr müxtəlif özəl sektor müəssisələrində iş yerində öyrənmə imkanı əldə edə bilərlər.

Adı çəkilən kampaniya Aİ tərəfindən maliyyələşdirilən və BMTİP tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilən “Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsi çərçivəsində təşkil olunur.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,