İyulun 26-da Maqdalena Qrono Avropa İttifaqı Şurası tərəfindən Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə yeni xüsusi nümayəndəsi təyin edilib.
Maqdalena Qrono səlahiyyət müddəti altı ildən artıq davam edən və avqustun 31-də başa çatan Toyvo Klaarı əvəz edəcək. Maqdalena Qrono sentyabrın 1-də ilkin olaraq 12 ay müddətinə vəzifəsinin icrasına başlayacaq.
“Aİ-nin yeni xüsusi nümayəndəsi kimi Maqdalena Qrono regionda Aİ-nin xarici siyasət məqsədlərinin həyata keçirilməsinə töhfə verərək, sələflərinin işini davam etdirəcək. O, BMT və ATƏT ilə sıx əməkdaşlıq şəraitində Gürcüstandakı böhran və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesi daxil olmaqla münaqişələrin sülh yolu ilə həllinə töhfə verəcək”, – Aİ Şurasının mətbuat üçün açıqlamasında deyilir.
Mətbuat üçün açıqlamaya əsasən, Qrono regionda olan əsas tərəflər ilə sıx əlaqədə olaraq hökumətlər, parlamentlər, digər əsas siyasi iştirakçılar və vətəndaş cəmiyyəti ilə əlaqələri inkişaf etdirəcək və ümumi maraq doğuran regional mövzular üzrə əməkdaşlığı təşviq edəcək.
Çexiya vətəndaşı olan Maqdalena Qrono hazırda Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin baş diplomatik müşaviridir. O, son 25 ildə xarici siyasət və münaqişələrin həlli məsələləri, o cümlədən Aİ-də yüksək rütbəli diplomatik vəzifələrdə və keçmiş Sovet İttifaqı və xüsusilə Cənubi Qafqaza xüsusi diqqət yetirən analitik mərkəzlərdə çalışıb.
Şarl Mişelin kabinetinə qoşulmazdan əvvəl o, Avropa İttifaqı Şurasının keçmiş prezidenti Donald Tuskun xarici siyasət üzrə müşaviri olub. Maqdalena Qrono Beynəlxalq Böhran Qrupunun Avropa və Mərkəzi Asiya üzrə rəhbəri vəzifəsində də çalışıb.
Daha çox öyrən





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,