Aİ-nin Azərbaycandakı səfiri “Avropa Dalğası” podkastının qonağı olub
Oktyabr 30, 2025

Aİ-nin Azərbaycandakı səfiri “Avropa Dalğası” podkastının qonağı olub


Oktyabrın 23-də Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi tərəfindən “Avropa Dalğası” adlı podkastın yeni buraxılışı təqdim edilib.

Podkastın bu dəfəki buraxılışının qonağı Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyundziç olub.

Mariyana Kuyundziç bu ilin avqust ayının 30-da Avropa İttifaqının Azərbaycandakı səfiri təyin edilib. O, Bakıda dördillik diplomatik xidmətini başa vuran Aİ-nin Azərbaycandakı keçmiş səfiri Peter Mixalkonu əvəz edib.

Müsahibəni Azərbaycandakı Gənc Avropa səfiri Sahilə Aslanova aparıb.

Səfir Mariyana Kuyundziç Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbərliyi ilə icra edilən “Təhsil taleyi yazsın” kampaniyası, eləcə də tələbələrin yararlana biləcəyi Avropada təhsil imkanları haqqında ətraflı məlumat verib.

O, həmçinin Bakı şəhəri ilə bağlı təəssüratlarını, Azərbaycan gəncləri və təhsilə dair baxışlarını da bölüşüb.

Gənc Avropa səfirləri (YEAs) təşəbbüsü dialoqu təşviq etmək və Aİ ilə əməkdaşlıq haqqında məlumatlılığı artırmaq üçün altı Şərq Tərəfdaşlığı ölkəsi, Avropa İttifaqı və Böyük Britaniyadan olan fəal gəncləri birləşdirən şəbəkədir.

Daha çox öyrənin

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,