Aİ-də Azərbaycanlı gənclər üçün ödənişsiz iştirak imkanlarını əldən verməyin! 
Oktyabr 6, 2022

Aİ-də Azərbaycanlı gənclər üçün ödənişsiz iştirak imkanlarını əldən verməyin! 


Tələbə, gənc mütəxəssis, ictimai fəal, yaxud şagird olmağınızdan asılı olmayaraq, Avropa İttifaqının Azərbaycanlı gənclər üçün təklif etdiyi müxtəlif iştirak imkanlarından yararlana bilərsiniz. Buraya təqaüd proqramlarından tutmuş xaricdə təhsil, təlim və ya könüllülük fəaliyyəti, təcrübə proqramları, xüsusi güzəştlər və qrantlar daxildir.

Dünyagörüşünü artırmaq, yaşadığı icmaya kömək etmək, bacarıqlarını inkişaf etdirmək və ya biznes qurmaq istəyən istənilən şəxs üçün Aİ-də çoxlu sayda imkanlar var. Onları asanlıqla tapmaq və müraciət etmək üçün Azərbaycanlı gənclər üçün xüsusi bələdçi hazırlanıb.

Bələdçi konkret Azərbaycan üçün nəzərdə tutulub və orada həm beynəlxalq, həm də yerli iştirak imkanları, o cümlədən yerli əlaqə vasitələri təqdim edilmişdir.

Bələdçi aşağıdakılar üçün iştirak imkanları ilə bir neçə bölmədən ibarətdir:

● Tələbələr

● Vətəndaş cəmiyyəti fəalları, gənc liderlər və könüllülər

● Məktəb şagirdləri

● Təcrübə və təlim

● Gənc mütəxəssislər

İlham mənbəyi axtarışındasınızsa, sonuncu bölmə sizin kimi Aİ imkanlarından artıq istifadə etmiş gənclərin təcrübələrindən bəhs edir.

Bu fürsətləri əldən verməyin! Elə bu gündən sizə uyğun iştirak imkanı taparaq müraciət edin!

Azərbaycan



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,