Aİ 2026-cı ildə Erasmus+ proqramı çərçivəsində bacarıqların inkişafına 5 milyard avrodan çox vəsait ayırıb
Noyabr 14, 2025

Aİ 2026-cı ildə Erasmus+ proqramı çərçivəsində bacarıqların inkişafına 5 milyard avrodan çox vəsait ayırıb


12 noyabr tarixində Avropa Komissiyası 2026-cı il üzrə Erasmus+ proqramı çərçivəsində ərizə qəbuluna başlayaraq Avropada və onun hüdudlarından kənarda təhsil, təlim, gənclər və idman sahələrində yeni maliyyələşdirmə imkanları təqdim edib. 

2026-cı il üzrə 5,2 milyard avro büdcəyə malik olan bu proqram vasitəsilə transsərhəd yerdəyişmə və əməkdaşlıq layihələri vasitəsilə bacarıqların inkişafı və vətəndaşların təhsili dəstəklənməkdə davam edəcək.

Erasmus+ proqramı 2026-cı ildə məktəb sektorunda daha çox tərəfdaşlığı və yerdəyişməni dəstəkləyəcək. Bu təşəbbüs təşkilatlara təməl bacarıqlara imkan verən innovativ tədris metodlarını sınaqdan keçirməyə və tətbiq etməyə, habelə Aİ-nin vətəndaş cəmiyyətinin iştirakı, demokratik fəallıq və ümumi dəyərlərin təşviqi sahəsindəki səylərinə dəstək olacaq.

Bundan əlavə, proqram inklüzivlik, rəqəmsal və yaşıl iqtisadiyyata keçid və demokratik fəallıq kimi əsas prioritetlərinə əməl etməyi davam etdirir. 

Erasmus+ həmçinin ukraynalı tələbələrə və müəllimlərə, eləcə də Aİ-də və ya proqramla əlaqəli ölkələrdə məcburi köçkün vəziyyətinə düşmüş ukraynalılara dəstəyini davam etdirir. 

2026-cı il üzrə ərizə qəbulunda təxminən 1 275 000 iştirakçıya təhsil sahəsində yerdəyişmə imkanı veriləcək. Proqram ali təhsil müəssisələri, məktəblər, peşə təhsili mərkəzləri, şirkətlər, gənclər və idman təşkilatları kimi Erasmus+ layihələrində iştirak edən 100 000-dən çox təşkilata dəstək verəcək. 

Təhsil, təlim, gənclər və ya idman sahələrində fəaliyyət göstərən təşkilatlar, məsələn, məktəblər, universitetlər, peşə mərkəzləri, QHT-lər və gənclər qrupları Erasmus+ proqramı çərçivəsində maliyyələşmə üçün müraciət edə bilərlər. Fərdi şəxslər (məsələn, tələbələr, müəllimlər və ya gənclər) sözügedən proqramda bu təşkilatlar vasitəsilə iştirak edə bilərlər. 

Ərizələrin əksəriyyəti Erasmus+ proqramının yerli agentliklərinə təqdim edilməlidir. “Jean Monnet” geniş əməkdaşlıq tərəfdaşlıqları kimi bəzi tədbirlər Avropa Təhsil və Mədəniyyət üzrə İcraçı Agentlik (EACEA) tərəfindən idarə olunur. Ətraflı məlumatı 2026-cı il üzrə Erasmus+ proqramı bələdçisində öyrənmək mümkündür. 

Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukrayna müəyyən meyarlara və ya şərtlərə cavab verdikləri təqdirdə proqramın müəyyən fəaliyyətlərində iştirak edə bilərlər (Bələdçidə hər bir konkret fəaliyyət üzrə uyğunluq meyarlarına baxın).

Daha çox öyrənin

Mətbuat üçün açıqlama

2026-cı il üzrə illik fəaliyyət proqramı 

2026-cı il üzrə Erasmus+ proqramı üçün ərizə qəbulu



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,