Ukraynanı dəstəkləyən Alman QHT-sində könüllülük proqramı
İyul 28, 2023

Ukraynanı dəstəkləyən Alman QHT-sində könüllülük proqramı


Ukrayna və Moldova, eləcə də digər Şərq Tərəfdaşlığı və Aİ-yə üzv ölkələrdən olan 18-28 yaş arası gənclər Almaniyanın Frayburq şəhərində fəaliyyət göstərən S’Einlädele adlı xristian qeyri-kommersiya təşkilatında bir illik könüllülük  proqramına müraciət etməyə dəvət edilirlər. Bu təşkilat 30 ildən artıqdır ki, Ukraynada aztəminatlı uşaqları və ahıl şəxsləri dəstəkləyən layihələr həyata keçirir. Könüllülük proqramı Avropa Həmrəylik Korpusu çərçivəsində maliyyələşdirilir.

Müraciət üçün son tarix 1 sentyabrdır.

Könüllülər “S’Einlädele” qeyri-kommersiya kafesində işləyə, həmçinin qocalar evinə və humanitar yardım xidmətinə, eləcə də həftəlik/aylıq yük maşınları olan humanitar yardım anbarına və qaçqınlara kömək edə bilərlər.

Könüllülər mənzil başına çatdıqdan sonra təlimlərdə, həmçinin vaxtaşırı görüşlərdə iştirak edirlər. Onlara siyasət və dayanıqlıq məsələlərinə dair müntəzəm dərslər keçirilir. Onlarda fəal və məsuliyyətli olmaları və öz kiçik layihələrini həyata keçirmələri gözlənilir.

Tam təmin olunmuş yaşayış yeri, kommunal xidmətlər, internet, alman dili dərsləri və tibbi sığorta xərcləri qarşılanır, o cümlədən yemək və ictimai nəqliyyat üçün əlavə aylıq cib pulu (şəxsi xərclər üçün) verilir.

Şərqi Avropadan (xüsusilə Ukrayna, Rumıniya və Moldovadan olan) könüllülərə üstünlük verilir. Bununla belə, bütün digər Şərq Tərəfdaşlığı ölkələri, eləcə də Aİ-yə üzv ölkələrdən olan şəxslər də iştirak edə bilərlər.

Ərizə formasını ingilis, alman, ukrayna və ya rus dillərində göndərə bilərsiniz.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

Könüllük proqramı haqqında məlumat

BAĞLANIŞ TARİXİ:

Sentyabr 1, 2023


ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,