MSİBM Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna vətəndaşlarını Gürcüstandakı Miqrasiyaya dair Beynəlxalq Yay Məktəbində iştirak etməyə dəvət edir
Aprel 19, 2024

MSİBM Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna vətəndaşlarını Gürcüstandakı Miqrasiyaya dair Beynəlxalq Yay Məktəbində iştirak etməyə dəvət edir


Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz (MSİBM) miqrasiya məsələlərində maraqlı olan tələbələri və gənc mütəxəssisləri iyulun 7-dən 13-dək Gürcüstanda keçiriləcək Miqrasiya üzrə 11-ci Beynəlxalq Yay Məktəbində iştirak etmək üçün müraciət etməyə dəvət edir.

Yay məktəbi Aİ tərəfindən maliyyələşdirilən “Gürcüstanda miqrasiyanın inkişafa təsirinin gücləndirilməsi” (STREAMinG 2) və “Azərbaycanla yerdəyişmə üzrə tərəfdaşlığın həyata keçirilməsinə dəstək” (MOBILAZE 2) layihələri və Praqa Prosesi çərçivəsində təşkil olunur.

Bir həftəlik intensiv proqram ərzində tədqiqat yönümlü mühazirələr, seminarlar və layihələr vasitəsilə miqrasiya problemləri ilə bağlı fikir mübadiləsi aparılacaq.

Yay məktəbində Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna vətəndaşları iştirak edə bilər. Bəzi yerlər bu ölkələrin Aİ-də yaşayan vətəndaşları üçün əlçatan olacaq. 

Təşkilatçılar miqrasiya məsələləri, jurnalistika və ya mediaşünaslıq, beynəlxalq və ya miqrasiya hüquqları, iqtisadiyyat, demoqrafiya, tarix və/ və ya sosial və siyasi elmlər ixtisasları üzrə təhsil alan 50-dək tələbə seçəcək. Miqrasiya sahəsində çalışan gənc mütəxəssislərin də müraciət etməsi arzuolunandır.

Yay məktəbi iştirakçılar üçün pulsuzdur. Bütün iştirakçıların yerləşdirilməsi və qidalanma xərcləri qarşılanacaq. Səyahət xərcləri isə MSİBM tərəfindən qarşılanacaq.

Ərizələrin son qəbulu tarixi 30 aprel 2024-cü ildir.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

BAĞLANIŞ TARİXİ:

Aprel 30, 2024

İMKANIN NÖVÜ



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,