EU4Culture: Şərq Tərəfdaşlığı ölkələrində mədəniyyət və incəsənət işçiləri üçün qrant layihələrinin yazılmasına dair onlayn kurs
Aprel 26, 2024

EU4Culture: Şərq Tərəfdaşlığı ölkələrində mədəniyyət və incəsənət işçiləri üçün qrant layihələrinin yazılmasına dair onlayn kurs


EU4Culture Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukraynada fəaliyyət göstərən mədəniyyət və incəsənət işçiləri üçün qrant layihələrinin yazılmasına dair onlayn kurs hazırlayıb. Rəqəmsal kursun məqsədi mədəniyyət sahəsində fəaliyyətlər və layihələrin icrası üçün Aİ-dən maliyyə dəstəyi almaqda maraqlı olan fərdi şəxslər üçün əsas praktiki bacarıqlar təmin etməkdir. 

İngilis dilində olacaq onlayn kurs azərbaycan, erməni, gürcü, rumın və ukrayna dillərində altyazı ilə təqdim olunacaq. 

Məruzələr Ukraynada və onun hüdudlarından kənarda mədəniyyət və incəsənət sektorunun nümayəndələri üçün kursların bazası hesab olunan cases.media platformasında əlçatan olacaq.

Bir qrup ukraynalı ekspertin rəhbərliyi altında keçiriləcək kursda aşağıdakı mövzular diqqət mərkəzində olacaq:

  • Qrantların növləri və onların əhəmiyyəti;
  • Milli və beynəlxalq layihə tərəfdaşlarının tapılması üçün qrant layihələrinin yazılması bacarığı və texnikaları; 
  • Büdcənin hazırlanması strategiyaları və hüquqi sənədlərə dair tələblərlə bağlı fikir mübadiləsi;
  • Donorlarla səmərəli kommunikasiya;
  • Hesabatların hazırlanması.

Kursa daxil olmaq istəyən mədəniyyət və incəsənət xadimləri Kiyevdəki Çex Mərkəzinin internet səhifəsindəki formanı doldurmalıdırlar. 

Müraciət prosesi haqqında ətraflı məlumat təlimatlarda verilmişdir.

Onlayn kursda iştirak etdikdən sonra iştirakçılara kursu müvəffəqiyyətlə bitirdiklərinə dair sertifikat veriləcək.

Ərizələrin təqdim olunması üçün son tarix: 16 may 2024-cü il, 23:59 (Mərkəzi Avropa vaxtı ilə).

Onlayn kurs və müraciət prosesi haqqında suallarınızla bağlı Kiyevdəki Çex Mərkəzinin təhsil üzrə əlaqələndiricisi Katerina Vandiç ([email protected]) ilə əlaqə saxlayın.

7,85 milyon avro büdcəyə malik EU4Culture Şərq Tərəfdaşlığı ölkələrinin paytaxt olmayan şəhər və qəsəbələrinə xüsusi diqqət yetirməklə mədəniyyət və yaradıcı sektoru dəstəkləmək üçün Avropa İttifaqı tərəfindən maliyyələşdirilən dördillik layihədir. Layihə Höte İnstitutu (əsas tərəfdaş), Çex Mərkəzləri, Danimarka Mədəniyyət İnstitutu və “Institut Français de Géorgie” ilə birgə həyata keçirilir.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

Təlimatlar

BAĞLANIŞ TARİXİ:

May 16, 2024

İMKANIN NÖVÜ



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,