Azərbaycanlı Gənc Avropa səfirləri tərəfindən təşkil olunan maliyyə savadlılığına dair onlayn seminara qatılın 
Aprel 24, 2024

Azərbaycanlı Gənc Avropa səfirləri tərəfindən təşkil olunan maliyyə savadlılığına dair onlayn seminara qatılın 


Azərbaycandakı Gənc Avropa səfirləri (YEAs) ölkə gənclərini aprelin 30-də keçiriləcək maliyyə savadlılığına dair seminara qatılmağa dəvət edir.

Tədbir Avropa Bacarıqlar İli təşəbbüsü çərçivəsində təşkil olunur və gənclərin əsas maliyyə bacarıqlarının inkişafına yönəlmişdir.

Gənc Avropa səfirləri maliyyə sahəsində biliklərini artırmaq və uzunmüddətli maliyyə rifahına töhfə verəcək yeniliklərlə tanış olmaq istəyən tələbələri, məktəb şagirdlərini və digər gəncləri seminarda iştirak etməyə dəvət edir.

Seminarı Gənc Avropa səfirlərindən biri və dəvət edilmiş təlimçi aparacaq. Pulun dəyəri, inflyasiya və faiz dərəcələri kimi geniş iqtisadi konsepsiyalar və büdcənin həm şəxsi, həm də peşəkar səviyyədə səmərəli idarə edilməsi mövzuları diqqət mərkəzində olacaq. 

Qeydiyyat 28 aprel, 23:59 radələrinədək davam edəcək. Qeydiyyatdan keçmək üçün bu onlayn formanı doldurun. 

Gənc Avropa səfirləri (YEAs) təşəbbüsü dialoqu təşviq etmək və Aİ ilə əməkdaşlıq haqqında məlumatlılığı artırmaq üçün altı Şərq Tərəfdaşlığı ölkəsi, Avropa İttifaqı və Böyük Britaniyadan olan fəal gəncləri birləşdirən şəbəkədir.

BAĞLANIŞ TARİXİ:

Aprel 28, 2024

İMKANIN NÖVÜ



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,