Şərq Tərəfdaşlığı ölkələrinin biznesə dəstək təşkilatları üçün Brüsselə səfər – 7 fevraladək müraciət edin
Fevral 2, 2024

Şərq Tərəfdaşlığı ölkələrinin biznesə dəstək təşkilatları üçün Brüsselə səfər – 7 fevraladək müraciət edin


“EU4Business: Şirkətlərin əlaqələndirilməsi” (EU4BCC) layihəsi Şərq Tərəfdaşlığı (ŞT) ölkələrində fəaliyyət göstərən Biznesə dəstək təşkilatlarını (BDT-lər) Brüsselə bir həftəlik maariflənmə xarakteri daşıyan səfərdə iştirak etməyə dəvət edir.

Təşəbbüsün məqsədi BDT-lərin maraqların müdafiəsi bacarıqlarını gücləndirmək, onlara iqtisadi inkişafa yönəlmiş siyasətlərə təsir etməyi öyrətmək və Aİ-də şəbəkələrinin genişləndirilməsinə kömək etməkdir.

17-22 mart arası baş tutacaq səfərdə BDT-ləri nə gözləyir:

  • Kiçik və orta ölçülü sahibkarlıq müəssisələr üzrə siyasətin formalaşdırılmasında qanunvericilər ilə əməkdaşlığa həsr olunmuş təlimdə iştirak;
  • Avropa Parlamentinin üzvləri ilə görüş və beyin fırtınası sessiyası;
  • Aİ-nin genişlənmə siyasətinə dair konfransda iştirak.

Ərizə ilə müraciət üçün son tarix 7 fevraldır.

“EU4Business: Şirkətlərin əlaqələndirilməsi” (EU4BCC) layihəsi Aİ-nin EU4Business təşəbbüsü çərçivəsində maliyyələşdirilir. Layihə KOB-lara ticarətin həcmini artırmağa yardım etməklə, daxili investisiyaları cəlb etməklə və Aİ şirkətləri ilə biznes əlaqələrini gücləndirməkdə kömək etməklə Şərq Tərəfdaşlığı ölkələrində davamlı iqtisadi inkişafı və iş yerlərinin yaradılmasını dəstəkləyir.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

Müraciət forması

BAĞLANIŞ TARİXİ:

Fevral 7, 2024


ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,