
Mayın 13-də Bakıda, Park İnn Radisson otelində Azərbaycanda resursların səmərəliliyinə həsr olunmuş milli konfrans keçiriləcək.
Tədbir Avropa İttifaqı tərəfindən maliyyələşdirilən EU4Environment təşəbbüsü çərçivəsində həyata keçirilən Resurslar baxımından səmərəli və ekoloji cəhətdən təmiz istehsal (RECP) layihəsinin bir hissəsi olaraq UNIDO tərəfindən təşkil olunur.
Konfransın məqsədi Resurslar baxımından səmərəli və ekoloji cəhətdən təmiz istehsalın (RECP) üstünlüklərini nümayiş etdirməklə Azərbaycanda fəaliyyət göstərən müəssisələrin dayanıqlığını və yaşıl iqtisadiyyatın inkişafını təşviq etməkdir. Bununla yanaşı, tədbir altı sessiya ərzində Azərbaycandakı kiçik və orta sahibkarlıq müəssisələrinin (KOB-lar) yaşıl iqtisadiyyata keçidi ilə əlaqəli təcrübə, alətlər və proqramlarla bağlı fikir mübadiləsi aparmağa imkan verəcək.
Təşkilatçılar Azərbaycanda yaşıl iqtisadiyyatın inkişafı ilə məşğul olan hər kəsi, o cümlədən rəsmi şəxsləri, beynəlxalq təşkilatların nümayəndələrini, vətəndaş cəmiyyəti, biznes, texnologiya (kimya, sənaye, ekoloji) və energetika sahəsində çalışan ekspertləri, elmi dairələrin nümayəndələrini və s. tədbirdə iştirak etməyə dəvət edir.
Konfrans hibrid formatda (oflayn və onlayn) ingilis və azərbaycan dillərində (sinxron tərcümə ilə) keçiriləcək.
İştirak etmək istəyən şəxslər bu keçid vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Daha çox öyrən





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.

Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,
We use cookies and similar technologies to improve your experience on our website.