Aİ-nin “Mədəni İrs” mükafatı üçün müraciətlər qəbul olunur
Noyabr 23, 2021

Aİ-nin “Mədəni İrs” mükafatı üçün müraciətlər qəbul olunur


Avropa Komissiyası və onun “Yaradıcı Avropa” (Creative Europe) proqramı Avropanın ən nüfuzlu mükafatı olan “Avropa İrs Mükafatları 2022” üçün müraciətlərin qəbuluna başlayıb. Mükafat mədəni irsin mühafizəsi sahəsində həyata keçirilmiş layihələrə təqdim olunur.

2022-ci ildə mükafatlar beş kateqoriya üzrə təqdim olunacaq: konservasiya və adaptiv təkrar istifadə; tədqiqat; təhsil, təlim və bacarıqlar; vətəndaşların cəlb edilməsi və maarifləndirilməsi; və irs üzrə çempionlar. Müraciətlər maddi, qeyri-maddi və ya rəqəmsal irsə, istənilən ölçüdə, yerli, Avropa və beynəlxalq irsə aid ola bilər.

Avropanın hər yerindən 30-a qədər irs sahəsində əldə olunan nailiyyətlərin mükafatlandırılması gözlənilir. Onlar arasında 5 qalibə 10 000 avro dəyərində mükafat veriləcək. Onlayn səsvermə nəticəsində daha bir qalib İctimai Seçim Mükafatına layiq görüləcək.

Avropa İrs Mükafatları üçün müraciətlər yalnız “Yaradıcı Avropa” proqramında iştirak edən ölkələrdən təqdim edilə bilər (Ukrayna və Gürcüstan daxil olmaqla). İştirak edən ölkələr 2022-ci ilin sentyabrında qaliblər elan olunmazdan əvvəl sözügedən proqram ilə assosiasiya sazişi imzalamalıdırlar. Avropa Şurasının üzvü olan, lakin “Yaradıcı Avropa” proqramında iştirak etməyən ölkələr (Ermənistan, Azərbaycan, Belarus, Moldova) yalnız “Europa Nostra” Mükafatları üçün müraciət edə bilərlər. 

Müraciət üçün son tarix 1 fevraldır.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

BAĞLANIŞ TARİXİ:

Fevral 1, 2022


ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,