Bakıda XXI əsrin bacarıqlarına dair təlim keçiriləcək – 17 aprelədək qeydiyyatdan keçin
Aprel 17, 2024

Bakıda XXI əsrin bacarıqlarına dair təlim keçiriləcək – 17 aprelədək qeydiyyatdan keçin


Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi Avropa Bacarıqlar İli çərçivəsində hər kəsi “İşə qəbul və XXI əsrin bacarıqları” mövzusunda keçiriləcək təlimdə iştirak etməyə dəvət edir. 

Sözügedən təlim aprelin 20-də 10:30-13:00 radələrində keçiriləcək.

Təlim Azərbaycan HR İnstitutunun direktoru Emil Hüseynovun rəhbərliyi altında keçiriləcək. O, işə qəbul prosesinə aid faydalı təcrübəsini və uğurlu karyeranın qurulması üçün ipucularını paylaşacaq.

Tədbir “Doğru bacarıqlar qazan” kampaniyası çərçivəsində keçirilir.

Nəzərə alın ki, təlimdə iştirak üçün qeydiyyat mütləqdir. Qeydiyyat üçün son tarix aprel ayının 17-dir.

İştirakçıların sayı məhduddur.

Tədbir Bakıda, Landmark mərkəzinin Rotunda zalında baş tutacaq.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

Qeydiyyat

BAĞLANIŞ TARİXİ:

Aprel 17, 2024

İMKANIN NÖVÜ



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,