Tbilisidə keçirilən mükafatlandırma mərasimində  Aİ-nin “Ailə bağları” mövzusunda təşkil etdiyi foto müsabiqənin qalibləri elan edilib
Mart 31, 2023

Tbilisidə keçirilən mükafatlandırma mərasimində  Aİ-nin “Ailə bağları” mövzusunda təşkil etdiyi foto müsabiqənin qalibləri elan edilib


Ailə bağları mövzusunda keçirilən foto müsabiqənin altı qalibi martın 31-də Tbilisidə təşkil olunan qala gecəsində mükafatlandırılıb. Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynadan olan qaliblərin hər birinə 1 000 avro dəyərində mükafat verilib.

EUNEIGHBOURS EAST və FOTOFESTIWAL tərəfindən birgə təşkil olunan foto müsabiqə Aİ tərəfindən maliyyələşdirilib. Müsabiqəyə altı Şərq Tərəfdaşlığı ölkəsindən peşəkar fotoqraflar “Ailə bağları” mövzusunda 8-10 fotoşəkildən ibarət layihə təqdim ediblər.

400-dən artıq layihənin qəbul olunduğu müsabiqədə beş aparıcı beynəlxalq hakimdən ibarət münsiflər heyəti ilkin mərhələdə hər ölkədən üç fotoqrafdan ibarət qısa siyahı tərtib edib. Finalçılar Tbilisi Fotoqraflıq və Multimedia Muzeyində təşkil olunan mükafatlandırma mərasiminə dəvət olunublar. Onların layihələri interaktiv ekranda nümayiş olunub.

Mükafatlandırma mərasimində Aİ-nin Gürcüstandakı səfiri Pavel Herzinski, Tbilisi Fotoqraflıq və Multimedia Muzeyinin həm-təsisçisi Nestan Nizharadze, eləcə də regionun hər yerindən yerli məşhurlar, media nümayəndələri, bloggerlər və nüfuzlu şəxslər iştirak edib.

Mükafatları təqdim edərkən Pavel Herzinski deyib: “Bu foto müsabiqə vasitəsilə biz Aİ-nin mədəni mübadiləni təşviq etmək və fotoqraflığın gücünü əks etdirmək və dəyişiklik vasitəsi kimi təbliğ etməyə sadiqliyini nümayiş etdirməkdən qürur duyuruq. “Ailə və ailə bağları” mövzusu ortaq dəyərlərimizin əhəmiyyətini və cəmiyyətimizin formalaşmasında ailənin rolunu vurğulayır. Bütün fotoqrafları yaradıcı və ruhlandırıcı interpretasiyalarına görə təbrik edirəm”.

Foto müsabiqəyə “Ailə bağları” mövzusunu bədii, sosial və xüsusilə də şəxsi interpretasiyada nümayiş etdirən fotoşəkillər təqdim olunub. Ailəmiz bizi köklərimizə, mədəniyyət və adət-ənənələrimizə necə bağlayır, baxışlarımıza və gələcəyimizə necə təsir edir? Hansı bağlar ailəni təsnif edir və bağımlılıq hissini təmin edir? Dəyişən dünya, texnologiyalar, münaqişələr, sevgi və itkilər bu əlaqələrə necə təsir edir?

Mükafat qazanan layihələrdə bu mövzu geniş əhatə olunub.

Qaliblər bunlardır:

Azərbaycan

Orxan Əzimov – Təhsildən məsafədə

Bu layihədə Azərbaycanın ucqar dağ kəndində yaşayan uşaqların həyatı və təhsil aparmaq üçün apardıqları mübarizə əks olunub.

Ermənistan

Nazik Armenakyan – Mənim müharibəm (Natamam təcrübə)

Layihədə hər şeydən əvvəl bir ana olan fotoqrafın böyük oğlunun 2020-ci ildə səfərbər edilməsindən bəhs edilir.

Belarus

Paşa Kriçko – Belarus bağlantıları

Layihədə 2020-ci ildə baş verən hadisələrdən sonra sürgün edilən belaruslar arasındakı əlaqələr əks olunub.

Gürcüstan

Natela Qriqalaşvili – Gürcü köçərilərinin son günləri

Sənədli layihədə dağlıq Acarıstan rayonunda yaşayan köçəri ailələrin həyatı tədqiq edilib.

Moldova

Katerina Şoşeva – Sem’ya

Layihədə zamanın kəsişməsi, fotoqrafın özünün gözü ilə nəsillərarası münasibətlər əks olunub.

Ukrayna

Marisiya Myanovska – Qardaş, incəsənət hardadır?

Şəhərin yoxsullar yaşayan hissəsində həyat və xatirələrdən fraqmentlər: layihə fotoqrafın qardaşına həsr olunub.

Müsabiqə EU NEIGHBOURS EAST proqramı tərəfindən Fotofestiwal ilə əməkdaşlıq çərçivəsində təşkil edilib. Tbilisidəki mükafatlandırma gecəsi isə Avropa İttifaqının Gürcüstandakı NümayəndəliyiTbilisi Fotoqraflıq Muzeyi ilə birgə təşkil olunub.



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,