Sev, sığal çək, sahiblən. Azərbaycanlı Gənc Avropa səfirləri sərt qış aylarında heyvanlara sığınacaqlar yaradıblar
Dekabr 15, 2023

Sev, sığal çək, sahiblən. Azərbaycanlı Gənc Avropa səfirləri sərt qış aylarında heyvanlara sığınacaqlar yaradıblar


Qış mövsümünün gəlişi ilə Azərbaycanda olan Gənc Avropa səfirləri (YEAs) “Sev, sığal çək, sahiblən” adlı layihəyə başlayıblar. Layihə çərçivəsində ölkənin bir neçə şəhərində evsiz heyvanlar üçün sığınacaqların yaradılması nəzərdə tutulub.

Dekabrın əvvəlindən üç Gənc Avropa səfiri Bakı, Gəncə və Lənkəran küçələrində 40-dan çox pişik üçün 30 sığınacaq qutuları quraşdırıb.

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən layihə “Wolt Azerbaijan” şirkəti ilə birgə həyata keçirilir.

Layihədə iştirak edən Gənc Avropa səfiri Zümrüd Həsənova təcrübənin çox faydalı olduğunu hesab edir. 

“Sığınacağın pəncərəsindən bayıra baxan hər bir kiçik xoşbəxt sima yaddaşımda əbədi olaraq həkk olunub, çünki hər biri daha parlaq gələcəyə açılan yeni pəncərədir” , o əlavə edib.

Gənc Avropa səfirləri ümid edirlər ki, bu təşəbbüs heyvanların sərt qış aylarında qorunmasına kömək etməklə yanaşı, Şərq Tərəfdaşlığı ölkələrində heyvanların rifahı ilə bağlı yeni təşəbbüslərə ilham verəcək.

Gənc Avropa səfirləri (YEAs) təşəbbüsü dialoqu təşviq etmək və Aİ ilə əməkdaşlıq haqqında məlumatlılığı artırmaq üçün altı Şərq Tərəfdaşlığı ölkəsi, Avropa İttifaqı və Böyük Britaniyadan olan fəal gəncləri birləşdirən şəbəkədir.



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,