Şarl Mişel: Azərbaycan və Ermənistan sülh müqaviləsinin irəliləməsi istiqamətində işin sürətləndirilməsi ilə bağlı razılığa gəliblər
Sentyabr 2, 2022

Şarl Mişel: Azərbaycan və Ermənistan sülh müqaviləsinin irəliləməsi istiqamətində işin sürətləndirilməsi ilə bağlı razılığa gəliblər


Avqustun 31-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.

Bu formatda keçirilən dördüncü görüşdə əsas diqqət Cənubi Qafqazda baş verən son hadisələrə və Aİ ilə hər iki ölkə arasındakı əlaqələrə yönəlib. Bütün tərəflər Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətləri nizamlayan sülh müqaviləsinin irəliləməsi istiqamətində substantiv işin sürətləndirilməsi ilə bağlı razılığa gəlib. Bununla bağlı xarici işlər nazirlərinə layihə mətnlərinin hazırlanması üçün bir ay ərzində görüşmək barədə tapşırıq verilib. 

“Bizim fikir mübadilələrimiz açıq və məhsuldar keçdi. Buna görə hər iki liderə təşəkkür edirəm” – deyə Mişel bildirib. “Son görüşümüzdə əldə etdiyimiz razılaşmalar istiqamətində bəzi addımların atıldığını görmək sevindirici haldır”.

Mişel, Əliyev və Paşinyan humanitar məsələlər, o cümlədən minaların təmizlənməsi, əsir və itkin düşənlərin taleyi barədə də ətraflı müzakirələr aparıblar.

Onlar həmçinin sərhədlərin delimitasiyasına dair bütün məsələlərlə bağlı əldə olunmuş irəliləyişləri və sabit vəziyyəti daha yaxşı təmin etməyi nəzərdən keçiriblər. 

Sərhəd komissiyalarının növbəti iclası noyabrda Brüsseldə baş tutacaq. Bu ayın sonuna kimi oxşar formatda növbəti, beşinci görüş baş tutacaq.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,