“Rusiyanın elitası, səlahiyyətli şəxsləri və oliqarxları” üzrə operativ işçi qrupu (REPO) sanksiyaya məruz qalan rusların 30 milyard dollardan çox aktivlərini bloklayıb və ya dondurub. Bundan əlavə, REPO sanksiya siyahısında olan fiziki şəxslərə məxsus qiymətli malların dondurulmasına və ya müsadirə edilməsinə, eləcə də onların beynəlxalq maliyyə sisteminə çıxışını əhəmiyyətli dərəcədə məhdudlaşdırılmasına nail olub.
İşçi qrupu Rusiyanın Ukraynaya qarşı təcavüzünü dəstəkləyən bəzi şəxslərə və qurumlara sanksiyaların təsirini maksimum dərəcədə artırmaq məqsədilə bu ilin aprelində yaradılıb. REPO çərçivəsində Aİ G7 ölkələri (Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və ABŞ, həmçinin Avstraliya) ilə birlikdə işləyir.
Yaxın və geniş milli və beynəlxalq koordinasiya və əməkdaşlıq sayəsində REPO üzvləri aşağıdakılara nail olublar:
REPO üzvləri yaxın aylarda sanksiyaya məruz qalmış Rusiya aktivlərinin monitorinqini davam etdirəcəklərini və birgə tətbiq edilən məhdudlaşdırıcı tədbirlərdən yayınmanın qarşısını alacaqlarını bildiriblər.
Daha çox öyrən





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,