Sağlam qidalanma vərdişlərinin təbliği məqsədilə “Bakı Qida Hakatonu” keçirilib
02 Dekabr 2021

Sağlam qidalanma vərdişlərinin təbliği məqsədilə “Bakı Qida Hakatonu” keçirilib


Noyabrın 28-də Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi, Gənc Avropa səfirləri və Aİ-nin maliyyələşdirdiyi “AgriVision” layihəsi ilə birgə “Bakı Qida Hakatonu” keçirilib.

Hakatonun əsas mövzusu sağlam qidalanma vərdişlərini təbliğ etmək, yerli qidaların istehlakına həvəsləndirmək və Azərbaycanda qida ilə bağlı problemlər üçün innovativ həllər yaratmaqdır.

İki günlük tədbirə Bakıda fəaliyyət göstərən İT və startap icmalarının təmsilçiləri və regionlardan gələn yerli qida istehsalçıları qatılıb. İştirak edən komandalar öz layihələrini hazırlayıblar. Qalib komandaya 5 000 avro dəyərində mükafat verilib. İkinci və üçüncü yeri tutan komandaların hər biri müvafiq olaraq 3 000 avro və 1 000 avro qazanıb.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,