Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu: Ukrayna, Gürcüstan və Moldova Aİ ilə əhəmiyyətli tənzimləyici və hüquqi yaxınlaşmaya nail olub
Aprel 1, 2022

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu: Ukrayna, Gürcüstan və Moldova Aİ ilə əhəmiyyətli tənzimləyici və hüquqi yaxınlaşmaya nail olub


Martın 30-da Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu altı Şərq Tərəfdaşlığı ölkəsinin fəaliyyətini və onların davamlı demokratik inkişaf və Avropaya inteqrasiya istiqamətində irəliləyişlərini qiymətləndirməyə kömək edən monitorinq aləti olan 2020-2021-ci illər üzrə Şərq Tərəfdaşlığı İndeksini dərc edib. Nəşrdə Rusiyanın Ukraynaya təcavüzünün təzyiqi altında təcili olaraq Aİ-yə üzvlük üçün müraciət edən Gürcüstan, Moldova və Ukraynaya xüsusi diqqət yetirilir.

Nəticələr göstərir ki, adı çəkilən hər üç ölkə artıq Aİ ilə əhəmiyyətli tənzimləyici və hüquqi yaxınlaşmaya nail olub və bu, onların müraciət etmək və nəticədə Aİ-yə üzv olmaq üçün Kopenhagen meyarlarına uyğun olduqlarını göstərir. Şərq Tərəfdaşlığı İndeksinə əsasən hər üç ölkə Kopenhagen meyarları, yəni səmərəli fəaliyyət göstərən bazar iqtisadiyyatı, sabit demokratiya, güclü qanunun aliliyi və Aİ qanunvericiliyinin qəbulu ilə müəyyən edilmiş standartlarla müqayisədə 2015-ci ildən bəri davamlı yaxşılaşma nümayiş etdirir. Demokratik hüquq və seçkilər, insan hüquqları və işgəncələrdən müdafiə, hökumətin hesabatlılığı, ifadə və sərbəst toplaşma azadlığı, dövlət idarəçiliyi sahələrində müxtəlif dərəcələrdə irəliləyişlər qeydə alınıb.

Nəticələrə görə, irəliləyiş həmişə xətti xarakter daşımayıb, açıq-aşkar ətalət və geriləmələr müşahidə olunub: “Hər üç ölkə korrupsiyaya qarşı mübarizəni davam etdirir, Gürcüstan və Ukrayna isə məhkəmə sisteminin müstəqilliyi ilə bağlı xeyli bal itirib“. Bununla belə, son yeddi il ərzində əldə edilmiş irəliləyiş bu üç ölkənin Aİ ilə Assosiasiya Sazişlərinin və Dərin və Hərtərəfli Azad Ticarət Sazişlərinin (DCFTA) geniş təsirini, eləcə də Aİ qanunlarına uyğun olaraq demokratik inkişafın təşviqində Aİ-nin rolunu əks etdirir. 

ŞT Vətəndaş Cəmiyyəti Forumu hesab edir ki, eyni dövr ərzində ŞT İndeksində dördüncü yerdə olan Ermənistan, xüsusilə demokratiya və səmərəli idarəçilik ilə bağlı göstəricilərini yaxşılaşdırıb, “lakin siyasətlərin yaxınlaşması baxımından az təsiredici olub”. Belarus və Azərbaycan Şərq Tərəfdaşlığı İndeksinin sonuncu pilləsində qalmaqda davam edirlər. Hər iki ölkə 2020-2021-ci illərdə İndeksin əvvəlki nəşrlərinə nisbətən daha aşağı nəticə göstərib.

Forumun yekun mülahizələri belədir: “Şərq Tərəfdaşlığı İndeksinin 2020-2021-ci illər üzrə nəticələri göstərir ki, Avropa yolunun seçilməsi və xüsusi maliyyə, inzibati və texniki çərçivə ilə birlikdə səmərəli demokratik tərəqqiyə təkan verə və istiqamətləndirə bilər”. Ukrayna, Moldova və Gürcüstana Aİ-yə üzvlük ilə bağlı namizəd statusunun verilməsi Aİ-nin yardımını gücləndirəcək və onların artıq istifadə etdiyi işlək bazar iqtisadiyyatı, sabit demokratiya və güclü qanunun aliliyinə doğru irəliləməsini daha da sürətləndirəcək.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,