
Qara Yanvar faciəsinin ildönümünü ərəfəsində Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyundziç Aİ-yə üzv dövlətlərin səfirləri ilə birgə Bakıda yerləşən Şəhidlər Xiyabanını ziyarət edərək 1990-cı ilin yanvar hadisələrinin qurbanlarının xatirəsini yad ediblər. Onlar faciə qurbanlarının məzarları önünə gül dəstələri düzüblər.
Qara Yanvar faciəsi 1990-cı il yanvarın 19-da və 20-də Bakının mülki əhalisinə qarşı qəddar repressiya aktı olub. O vaxtkı Sovet hökuməti müstəqilliyə can atan hərəkatın Azərbaycanda Sovet hakimiyyətinə son qoyulmasına yönəlmiş cəhdlərinə cavab olaraq etirazçılara qarşı qoşun yeridib. Azərbaycanın rəsmi hesablamalarına görə, azı 147 mülki vətəndaş həlak olub, 800 vətəndaş yaralanıb, beş nəfər isə itkin düşüb.
“36 il əvvəl bu faciədə həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Aİ Azərbaycanda, Cənubi Qafqazda və dünyada sülhün, sabitliyin və rifahın gücləndirilməsinə sadiq qalır”, – Mariyana Kuyundziç bildirib.
Daha çox öyrənin





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.

Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,
We use cookies and similar technologies to improve your experience on our website.