EU NEIGHBOURS east FOTOFESTIWAL ilə birlikdə Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynadan olan peşəkar fotoqrafları 1 000 avro dəyərində mükafat qazanmaq şansı əldə etmək üçün Aİ tərəfindən maliyyələşdirilən “Ailə bağları” mövzusunda keçiriləcək foto müsabiqədə iştirak etməyə dəvət edir.
Ərizələrin son qəbulu tarixi 23 yanvar 2023-cü ildir.
Ailəmiz bizi köklərimizə, mədəniyyət və adət-ənənələrimizə necə bağlayır, baxışlarımıza və gələcəyimizə necə təsir edir? Hansı bağlar ailəni təsnif edir və bağımlılıq hissini təmin edir? Dəyişən dünya, texnologiyalar, münaqişələr, sevgi və itkilər bu əlaqələrə necə təsir edir?
Pandemiya və müharibə səbəbindən ailə bağlarının əhəmiyyətini və kövrəkliyini xüsusilə hiss etdiyimiz bir dövrdə peşəkar fotoqraflar üçün nəzərdə tutulmuş bu müsabiqəyə 8-20 fotoşəkildən ibarət layihə təqdim edərək iştirak etmək olar.
Qısa siyahı 2023-cü ilin fevral ayının sonunda, qaliblər isə 2023-cü ilin mart ayında elan olunacaq.
Hər ölkədən (Azərbaycan, Belarus, Ermənistan, Moldova, Gürcüstan və Ukrayna) bir qalib 1000 avro dəyərində pul mükafatı qazanacaq. Qaliblərlə müsahibələr “EU NEIGHBOURS EAST” proqramının internet səhifəsində nümayiş olunacaq.
Daha çox öyrən





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,