Yeni icra olunmağa başlayan EU4Culture layihəsi “Avropanın Mədəniyyət Paytaxtları” yanaşmasına uyğun olaraq mədəni inkişaf strategiyalarının hazırlanması və həyata keçirilməsində Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova və Ukraynada paytaxt olmayan böyük və kiçik şəhərlərə dəstək məqsədilə qrant layihələrinin qəbuluna başlayıb.
Böyük və kiçik şəhərlər iyun ayının 30-na qədər ərizə ilə müraciət etməlidirlər. Ərizəçilər Höte İnstitutunun Ərizə üzrə platformasından (GAP) qeydiyyatdan keçməyə və layihə təkliflərini təqdim etməyə dəvətlidirlər.
İlkin olaraq beş böyük və kiçik şəhərin seçilməsi və onlara ərizə formasının tam hazırlanması üçün 1000 avro dəyərində qrant təqdim olunması nəzərdə tutulub. Sonra hər bir ölkədən seçilən maksimum üç şəhərə mədəni inkişaf strategiyalarının hazırlanması üçün 30 000 avro dəyərində qrant veriləcək. Son mərhələdə hər bir ölkədən seçilmiş bir böyük və ya kiçik şəhərə hazırladığı strategiyanı həyata keçirmək üçün 300 000 avroya qədər qrant təqdim olunacaq.
Layihə qəbulunun əsas məqsədi iştirakçılıq yanaşması,dövlət və özəl sektor arasında dialoqa əsaslanan mədəni inkişaf strategiyalarının həyata keçirilməsi vasitəsilə sosial-iqtisadi inkişaf proseslərində mədəniyyət və yaradıcılıq sahələrinin rolunu artırmaqdır.
Daha çox oxuyun





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,