Avropa İttifaqı 2023-cü ildə humanitar yardımlar üzrə 1,7 milyard avro həcmində ilkin büdcəsini qəbul edib.
Aİ-nin humanitar yardımı təbii fəlakətlərdən və münaqişələrdən zərərçəkənlərə, o cümlədən məcburi köçkünlərə, eləcə də köçkünlərə sığınacaq verən icmalara yardım məqsədi daşıyır. Yardımlar əsasən Aİ-nin Mülki Müdafiə Proqramı vasitəsilə çatdırılır.
Bu büdcədən ümumilikdə 207,8 milyon avro Cənub-Şərqi Avropaya və Avropa Qonşuluq proqramı ölkələrinə, əsasən, Rusiyanın Ukraynada apardığı təcavüzkar müharibənin nəticələrinin aradan qaldırılmasına, eləcə də Qafqazda cari ehtiyaclar üçün layihələrin maliyyələşdirilməsinə yönəldiləcək. Daha 141,5 milyon avro 2023-cü ildə qəfil fövqəladə hallarla mübarizə üçün istifadə olunacaq. 122 milyon avro il ərzində baş verə biləcək gözlənilməz humanitar böhranlar üçün ayrılacaq. 108,2 milyon avro isə digər fəaliyyətlərə, innovativ layihələrə və siyasi təşəbbüslərə yönəldiləcək.
“Humanitar ehtiyaclar artmaqdadır. Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi çətin olan vəziyyəti kəskin şəkildə gərginləşdirib. Hazırda bütün dünyada həyati əhəmiyyətli yardımlara ehtiyacı olan insanların sayı ABŞ əhalisini üstələyir”. Bunu Böhranların İdarə Edilməsi üzrə Komissar Janez Lenarçiç bildirib. O, əlavə edib ki, Avropa Komissiyasının 2023-cü il üzrə büdcəsi, kim və harada olmalarından asılı olmayaraq, humanitar yardıma ehtiyacı olan ən həssas təbəqələr üçün əlçatan olmaqda davam edəcək”.
Lenarçiç həmçinin dünya ictimaiyyətini məsuliyyətli olmağa çağırıb və qeyd edib ki, hazırda cəmi 10 böyük donor təşkilat humanitar yardımın 80%-dən çoxunu təmin edir.
Daha çox öyrən





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,