GoCarbonFree: EU4Climate Azərbaycanlı məktəblilər üçün Sıfır Emissiya Gününə həsr olunmuş  tədbir təşkil edib 
Noyabr 7, 2023

GoCarbonFree: EU4Climate Azərbaycanlı məktəblilər üçün Sıfır Emissiya Gününə həsr olunmuş  tədbir təşkil edib 


Noyabrın 4-də Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “EU4Climate” layihəsi çərçivəsində Xırdalanda məktəblilər üçün Sıfır Emissiya Gününə həsr olunmuş xüsusi tədbir keçirilib. 

Tədbir Aİ-nin Azərbaycandakı Nümayəndəliyi tərəfindən BMT-nin İnkişaf Proqramı (BMTİP), Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Xırdalan şəhər bələdiyyəsi ilə əməkdaşlıq çərçivəsində təşkil edilib. 

Xırdalan şəhərinin ümumilikdə on məktəbinin əlli şagirdi tədbirdə iştirak edib və iqlim dəyişikliyi problemlərinin həlli yollarını araşdırıblar.

Məktəblilər həvəskar velosiped yarışı, ağacəkmə, #GoCarbonFree video müsabiqəsi və məktəblilər üçün hazırlanmış əyləncəli viktorina da iştirak ediblər.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,