Gənc Avropa səfiri olmaq üçün oktyabrın 9-na qədər müraciət edin!
Sentyabr 30, 2022

Gənc Avropa səfiri olmaq üçün oktyabrın 9-na qədər müraciət edin!


Yeni tədris ilinin başlaması, səyahət edənlərin çoxluğu və regiondakı qeyri-sabitlik səbəbindən Gənc Avropa səfiri statusu üçün son müraciət tarixi 9 oktyabra qədər uzadılıb. Gənc Avropa səfiri olmaqla Aİ-nin gənclər üçün yaratdığı imkanlar haqqında daha çox öyrənmək, ölkənizi beynəlxalq səviyyədə təmsil etmək və yaşadığınız icmanın inkişafına töhfə verə bilərsiniz. Yeni bacarıqlara yiyələnmək və ideya və maraqlarınızı bölüşmək üçün Avropanın müxtəlif ölkələrindən yeni dostlar da qazanmaq şansınız olacaq.

16-26 yaş arası, İngilis dilində sərbəst danışan və Şərq Tərəfdaşlığı ölkələrindən hər hansı birinin (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, MoldovaUkrayna), yaxud Aİ-yə üzv ölkə və Böyük Britaniyanın vətəndaşısınızsa, “EU NEIGHBOURS east” proqramı tərəfindən icra olunmağa başlayan “Gənc Avropa səfiri (YEAs) təşəbbüsünə qoşulmaq üçün 9 oktyabr tarixinədək ərizə ilə müraciət edin. 

Gənc Avropa səfiri olmaq üçün 9 oktyabr 2022-ci il tarixinədək bu ərizə formasını doldurub təqdim etmək tələb olunur. Seçim prosesi bir neçə mərhələdən ibarətdir və son müraciət tarixindən bir neçə həftə ərzində seçilmiş ərizəçilər YEAs təşəbbüsü və Aİ ilə bağlı mövzulara dair müsahibələrə dəvət olunacaq və xüsusi sessiyalarda iştirak edəcəklər. Seçim kriteriyaları və ərizələrin qəbulu haqqında əlavə məlumatı buradan əldə edə bilərsiniz: https://euneighbourseast.eu/az/young-european-ambassadors/ 

“Gənc Avropa səfirləri” təşəbbüsü 2016-cı ildə Aİ-nin Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı – (“EU NEIGHBOURS east” proqramı) çərçivəsində icra olunmağa başlayıb.

İndi müraciət et

Daha çox öyrən:

Ərizə forması

Hazırki “Gənc Avropa Səfirləri” ilə buradan tanış olun

“Gənc Avropa Səfirləri” fəaliyyətdə

Gənc Avropa səfirlərinin bloq yazıları

YEA jurnalı 2022



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,