“EU4Youth Günləri 2022”-də iştirak etmək üçün qeydiyyat başladı!
Sentyabr 26, 2022

“EU4Youth Günləri 2022”-də iştirak etmək üçün qeydiyyat başladı!


Şərq Tərəfdaşlığı regionu, Qərbi Balkanlar və Türkiyədən, eləcə də Aİ-nin Cənub Qonşuluğundan ilk dəfə olaraq gənclər təşkilatlarının nümayəndələri, normayaradan qurumlar və tədqiqatçıların bir araya gələcəyi EU4Youth Günləri üçün qeydiyyata start verilib. Tədbir oktyabr ayının 11-i və 12-də keçiriləcək. 

İki gün davam edəcək tədbirdə gənclərin cəmiyyətdə fəallığı və dialoqu, gənclər arasında məşğulluq və sahibkarlıq, yaşıl iqtisadiyyata keçid və rəqəmsallaşma məsələləri müzakirə ediləcək.  Avropa Gənclər İli 2022 daha yaşıl, daha inklüziv və daha rəqəmsal gələcəyin qurulmasında gənclərin əhəmiyyətini önə çəkir.

EU4Youth Günlərinin ilk günü gənclərin dayanıqlığının artırılmasına yönələcək. Tədbirlərdə hər üç regiondan olan iştirakçılar onları narahat edən problemləri həll etmək üçün gənclərlə əməkdaşlıq etmək barədə öz təcrübələrini bölüşəcəklər. Tədbirin bu hissəsi Brüsseldə keçiriləcək və qeydiyyatdan keçmiş iştirakçılar onlayn formatda qoşula biləcəklər.

Tədbirin ikinci günü isə tamamilə onlayn formatda keçiriləcək. İştirakçılar Aİ və onun hüdudlarından kənarda gənclərə dəstək ilə bağlı müxtəlif mövzularda qabaqcıl təcrübələri paylaşmaq imkanı qazanacaqlar. 

Daha ətraflı məlumat və onlayn qeydiyyat üçün EU4Youth günlərinin internet səhifəsinə baş çəkin.

Daha çox öyrənEU4Youth Günləri



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,