EU4Energy proqramının dəstəyi ilə Azərbaycanda enerji səmərəliliyinə dair qanun qəbul edilib

EU4Energy proqramının dəstəyi ilə Azərbaycanda enerji səmərəliliyinə dair qanun qəbul edilib

İyul 2, 2021

Azərbaycan Parlamentinin iyunun 22-də keçirilən plenar iclasında “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb və birinci oxunuşda qəbul edilib. Qanun layihəsi Aİ tərəfindən maliyyələşdirilən EU4Energy layihəsi çərçivəsində Enerji Xartiyası Katibliyinin texniki yardımı ilə hazırlanıb.

Sənəddə enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət siyasətinin əsas məqsədi və dövlətin vəzifələri göstərilib, enerji səmərəliliyi üzrə xidmətlərin təşkili və təşviqinə dair məqamlar, istehlak olunan enerjinin hesablanması, istehsalı, saxlanması, ötürülməsi, paylanması və təchizatında səmərəlilik məsələləri öz əksini tapıb. 

Digər müddəalarla yanaşı, yeni qanun layihəsində Enerji Xartiyası Katibliyinin yardımı ilə hazırlanmış Enerji effektivliyi üzrə milli fəaliyyət planının (EEMFP) işlənib hazırlanması nəzərdə tutulur. 

Azərbaycan hökumətinin EU4Energy layihəsi ilə əməkdaşlıq çərçivəsində apardığı daha geniş təhlil göstərir ki, 2021-2025-ci illər ərzində iqtisadiyyatın bütün sahələrində enerji səmərəliliyinin tədricən yaxşılaşdırılması Azərbaycana ümumilikdə aşağıdakı faydaları verə bilər:

  • Təbii qaza qənaət: 3,5-4,2 milyard kubmetr;
  • İxrac gəlirinin artması: 666-787 milyon ABŞ dolları;
  • CO2 emissiyalarının azaldılması: 4-10 milyon ton CO2;
  • Büdcə subsidiyalarının azaldılması: 491-981 milyon ABŞ dolları;
  • Yeni investisiyalar: 2,5-3,4 milyon ABŞ dolları;
  • Yeni iş yerlərinin yaradılması: 118 000-123 000.

EU4Energy Aİ-nin qabaqcıl təcrübələrindən istifadə edərək enerji sektorlarını təkmilləşdirməyə çalışan Şərq Tərəfdaşlığı ölkələrinə texniki yardım göstərmək üçün Aİ tərəfindən dəstəklənən təşəbbüsdür.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

 




Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,