Ermənistan və Azərbaycan: Aİ iki ölkə arasında imzalanan bəyannaməni “davamlı sülhə gedən yolda xoş xəbər” adlandırıb
Avqust 11, 2025

Ermənistan və Azərbaycan: Aİ iki ölkə arasında imzalanan bəyannaməni “davamlı sülhə gedən yolda xoş xəbər” adlandırıb


Avropa İttifaqı (Aİ) ABŞ Prezidenti Donald Trampın ev sahibliyi ilə baş tutan Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasındakı görüşü və Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin paraflanmasını ürəkdən alqışlayıb.

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen tərəfindən açıqlanan birgə bəyanatda deyilir ki, ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Ağ Evdə Baş nazir Nikol Paşinyan və Prezident İlham Əliyev tərəfindən imzalanan Siyasi Bəyannamə “həm Ermənistan, həm də Azərbaycan üçün mühüm hadisə olmaqla hər iki ölkə və bütün region üçün davamlı sülhün bünövrəsini qoyur və Aİ-nin uzun illər göstərdiyi səylərin kulminasiya nöqtəsidir.”

X platformasındakı paylaşımında Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Ermənistan və Azərbaycan tərəfindən imzalanan bu bəyannaməni “davamlı sülhə gedən yolda xoş xəbər” adlandırıb və əlavə edib ki, “indi razılaşdırılan addımların vaxtında həyata keçirilməsini təmin etmək çox vacibdir.”

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Brüsseldə keçirilən silsilə müzakirələrə və 2025-ci ilin may ayında Tiranada baş tutan Avropa Siyasi Birliyinin zirvə toplantısı çərçivəsindəki son görüşlərinin davamı olaraq Azərbaycan və Ermənistan liderlərinin son bir neçə ildə ikitərəfli yolda atdıqları qətiyyətli addımların onları həqiqətən ruhlandırdığını bildiriblər. 

Aİ liderləri həmçinin bildirib ki, Avropa İttifaqı regional əlaqələrə və ilk növbədə əhalinin faydalanacağı təşəbbüslərə sərmayə qoymağa və regionu davamlı sülh, sabitlik və firavanlığa yaxınlaşdırmağa hazırdır.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

Ursula Fon der Lyayenin X platformasındakı paylaşımı



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,