Dağsiçanı Ozzi planeti xilas etmək üçün geri qayıdıb! Məktəblilər üçün bərpa olunan enerji mənbələrinə dair yeni kampaniyaya start verilir
İyun 7, 2023

Dağsiçanı Ozzi planeti xilas etmək üçün geri qayıdıb! Məktəblilər üçün bərpa olunan enerji mənbələrinə dair yeni kampaniyaya start verilir


“EU4Energy” və “EU NEIGHBOURS east” layihəsinin əməkdaşlığı çərçivəsində Şərq Tərəfdaşlığı ölkələrində uşaqları bərpa olunan enerjinin əhəmiyyəti haqqında maarifləndirmək üçün yeni məlumatlandırma kampaniyasına başlanıb. 

2023-cü il iyunun 5-dən 30-dək davam edəcək kampaniya Ozzinin keçən ilki “Lampa” komiksindəki enerjiyə qənaətdən bəhs edən ilk komiksinə əsaslanır

Bu gün işıq üzü görən komiks Şüşə kürə adlanır və uşaqların bərpa olunan enerji haqqında məlumatlılığının artırılmasına və planetimiz üçün təmiz enerjidən istifadənin əhəmiyyətinə həsr olunub. Komiksdə hidroenergetika, külək və günəş kimi bərpa olunan enerji mənbələri haqqında ümumi məlumat verilir. 

“Şüşə kürə” komiksində Dağsiçanı Ozzi dostlarına alternativ təmiz enerji mənbələrini araşdıraraq planeti gözləyən fəlakəti aradan qaldırmağa kömək edir. Kitabın qəhrəmanları biliklərini bölüşməklə və əhaliyə enerjidən istifadə tərzini dəyişməyə kömək etməklə öz talelərini dəyişməyi bacarırlar. 

Komikslə yanaşı, “EU NEIGHBOURS east layihəsi” Aİ-nin Yaşıl Həftəsi (EU Green Week) ilə paralel olaraq müxtəlif sosial media platformaları və məktəb tədbirləri vasitəsilə sosial media kampaniyasına başlayır.

Komiks regionun təmiz enerjiyə keçidini və enerji bazarlarının liberallaşdırılmasını dəstəkləmək məqsədi daşıyan “EU4Energy proqramının II mərhələsi: Şərq Tərəfdaşlığı ölkələrində ekoloji cəhətdən təmiz enerjiyə keçidin təşviqi” layihəsi çərçivəsində hazırlanıb. 

Daha çox öyrən

Ozzi və Şüşə kürə

EU4Energy layihəsinin bərpa olunan enerjiyə dair kampaniyası



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,