Aİ uşaqlara enerjiyə qənaət etməyin yollarını öyrətməyə yönəlmiş yeni kampaniyaya start verib

Aİ uşaqlara enerjiyə qənaət etməyin yollarını öyrətməyə yönəlmiş yeni kampaniyaya start verib

Aprel 28, 2022

Tanış olun, bu Ozidir. Bu kiçik dağsiçanı ətraf mühitin qayğısına qalır. O, uşaqlara enerjidən qənaətlə istifadənin yollarını öyrədəcək yeni maarifləndirmə kampaniyasının simasıdır. 

EU4Energy proqramı tərəfindən “EUNeighbours East” ilə birgə təşkil edilən bu maarifləndirmə kampaniyası 28 aprel – 8 may 2022-ci il tarixləri arasında davam edəcək. Kampaniya, enerji səmərəliliyinə dair “Lampa” adlı yeni komiks kitabının əsas personajlarından biri olan Dağsiçanı Ozi haqqındadır.

Komiks kitabında gənc nəsil arasında enerji səmərəliliyi və istifadə olunmayan cihazların və ya isitmə sisteminin söndürülməsi kimi sadə enerjiyə qənaət tədbirləri yer alır. Məqsəd, enerji tullantılarının təbiətə və ətraf mühitə mənfi təsiri haqqında məlumatlılığı artırmaqdır. 

“Lampa” komiksi meşədə köhnə bir daxma tapan dörd dostun və onların ev heyvanlarının hekayəsindən bəhs edir. Burada heyvanlar Professor Sleytə ətraf mühitə zərər verməmək üçün alternativ enerji istehsal etmək üsullarını tapmaqda kömək edirlər. Professor Sleyt uşaqlara insanlar enerjidən səmərəli istifadə etməsələr, planetin və insanlarının başına gələ biləcək dəhşətli hadisələri göstərir. Enerji istehlakını azaltmaqla planeti xilas etmək ideyası ətrafında birləşən uşaqlar Ozi ilə birlikdə bir şəhərin həyatını dəyişdirməyi bacarırlar.

Komiksdə göstərilən enerjiyə qənaətlə bağlı tövsiyələri tamamlamaq üçün “EUNeighbours East” müxtəlif sosial media platformaları və məktəbdə keçiriləcək tədbirləri vasitəsilə uşaqlara yönəlmiş Dağsiçanı Ozi ilə sosial media kampaniyasına başlayır.

Sözügedən komiks “EU4Energy Faza 2: Şərq Tərəfdaşlığı ölkələrində ekoloji cəhətdən təmiz enerjiyə keçidin təşviqi” proqramı çərçivəsində hazırlanıb. Avropa İttifaqı tərəfindən maliyyələşdirilən bu proqramın məqsədi enerjiyə dair etibarlı qanunvericilik və normativ-hüquqi bazaların yaradılmasına töhfə vermək, regionun təmiz enerjiyə keçidini və enerji bazarının liberallaşdırılmasını dəstəkləməkdir. 

Daha çox öyrən

Oziyə enerjiyə qənaət etməyə kömək et

Komiksləri buradan endirin




Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram B&S Europe-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.

Bu məlumat Məsuliyyətdən imtinaŞəxsi məlumatların qorunmasına dair qaydalara tabedir.
© Avropa İttifaqı,